Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı kimi işçilərin əmək hüquqlarının bərpa olunması ilə əlaqədar uğurlarımız, məhkəmə qərarları çox olub.
Lakin bir məsələ məni həmişə çox narahat edib. Əmək mübahisələrinə baxan və qərar qəbul edən məhkəmələr, hakimlər bir qayda olaraq "İşə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə", "əmək haqqının ödənilməsi barədə", əmək xəsarəti və sair əmək mübahisələri barədə qərarlar qəbul etsələr də, bir qayda olaraq işçilərə dəyən digər maddi və ya mənəvi ziyanın ödənilməsi barədə qərarlar qəbul etmir, müəyyən səbəblərdən belə qərarların qəbul etməsindən imtina edirlər və ya çox nadir hallarda belə qərarlar qəbul edirlər.
Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən: həm işçilərin belə bir hüquqları var, həm də məhkəmələrin belə vəzifələri. Çox təəssüf ki, sübut olunsa belə, məhkəmələr belə qərarlar qəbul etmirlər, maddi və mənəvi ziyanın ödənilməsi barədə belə qərarların qəbul edilməsindın çəkinirlər.
Yalnız bir faktı ilk olaraq bildirmək istəyirəm ki, əgər bir işçinin əmək hüquqları pozulubsa və məhkəmə həmin işçini işə bərpa etmə qərarda qərar qəbul edirsə, necə ola bilər ki, həmin işçiyə maddi və ya mənəvi ziyan dəyməsin və ya bu barədə Məhkəmə qərarı qəbul edilməsin?
Halbuki, Azərbaycan Respublikasının Əmək Əmək Məcəlləsinə əsasən:
1.İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi və maddi ziyana görə məsuliyyət daşıyır. Maddi və mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini iddia ərizəsində göstərməlidir.
2.İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsi, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.
3. İşçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər nəzərdə tutulur.
4. Əgər, işəgötürən əmək müqaviləsini Əmək Məcəlləsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır.
5. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş maddi zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
6. «Dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu nəzərdə tutulur.
7. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıq
Azər Quliyev,
Teref: Xocanin Blogu