Serbiyada parlament seçkisi bir çox səbəbdən beynəlxalq aləmin diqqət mərkəzindədir
Serbiyada parlament seçkiləri keçirilir. Prezident Aleksandr Vuçiçin lideri olduğu Serbiya Proqressiv Partiyasının müxalif partiyaları üstələcəyi proqnozlaşdırılır. Buna baxmayaraq, 250 millət vəkili mandatına sahib olan birpalatalı Serbiya parlamentində Vuçiçin partiyasının təkbaşına hökumət formalaşdıracağı problematikdir. Vuçiçin partiyası müxalif partiyalardan biri ilə koalisiya formalaşdırmaq məcburiyyətində qalacaq.
Serbiyada parlament seçkisi bir çox səbəbdən beynəlxalq aləmin diqqət mərkəzindədir. Birincisi, Avropa İttifaqı Serbiyanın Kosovonun müstəqilliyini tanımasını istəyir. Bunsuz Brüssel Serbiyanın Avropa İttifaqına üzvlülüyünün mümkün olmayacağını bildirib. İkincisi, Brüssel Serbiyanın Rusiyaya qarşı sanskiyalarda yer almasını istəyir. Aleksandr Vuçiç Brüsselin təzyiqinə baxmayaraq, Ukrayna müharibəsinə görə Rusiya ilə əlaqələrdən imtinanın əleyhinədir. Ancaq əgər Serbiya Avropa İttifaqına üzv olarsa Vuçiçin Brüsselin qərarlarına təslim olmaqdan başqa çarəsi qalmayacaq. Üçüncüsü, Serbiyada qüvvələr nisbətinin necə formalaşacağı Azərbaycan üçün də maraq kəsb edir. Aleksandr Vuçiç prezident seçiləndən sonra Serbiya Azərbaycanla tərəfdaş münasibətlər formalaşdırıb. Aleksandr Vuçiçlə azərbaycanlı həmkarı İlham Əliyev arasında dost münasibətlər formalaşıb. Azərbaycan qazı Bolqarıstan üzərindən Serbiyaya çatdırılır. Azərbaycan şirkətləri Serbiyada infrastrukttur layihələrdə iştirak edirlər. 1990-cı illərdə iki dövlətin yaxınlaşacağını proqnozlaşdırmaq çətin olardı. Çünki o illərdə Avropanı qarışdıran Serbiya idi, Bosniyadakı qətlimalarda əli var idi, Kosovo albanlarını hədəf seçmişdi. Serbiyada prezidentlər dəyişdikcə siyasət də dəyişdi. Buna görə də Azərbaycanın Serbiya ilə tərəfdaşlıq münasibətləri hər iki ölkə üçün faydalıdır.
Elxan Şahinoğlu
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
 

 


Dünyapress TV

Xəbər lenti