Ermənistanın Qərblə hərbi sahədə əməkdaşlığını genişləndirməyə çalışması Moskva və Tehranda narahatlıq doğurmalıdır.
Tehranda 3+3 (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) formatında keçirləcək görüşdən iki səbəbə görə nəticə gözləməyə dəyməz. Birincisi, Rusiya Gürcüstanın torpaqlarını işğal etdiyinə və bu ölkə ilə diplomatik münasibətləri kəsdiyinə görə 3+3 formatında iştirak etmir. Bu Gürcüstanın təbii haqqıdır. İkincisi, 3+3 formatının digər iki iştirakçısı – Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmaması da regional əməkdaşlığa əsas əngəldir. Misal üçün xarici işlər nazirləri Tehran təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə edəcəklər. Bunların reallığa çevrilməsi üçün formatın digər iki üzvü – Rusiya və İran Ermənistanı Azərbaycanla sülh sazişinin imzalanmasını uzatmamağa çağırmalıdırlar. Belə çağırışlar yoxdur. Halbuki, Ermənistanın Qərblə hərbi sahədə əməkdaşlığını genişləndirməyə çalışması Moskva və Tehranda narahatlıq doğurmalıdır.
Elxan Şahinoğlu
Teref.az

Dünyapress TV

Xəbər lenti