Ermənilər İrandan da arzuladıqlarını ala bilməyiblər.
Məlumata görə, İran prezidenti İbrahim Rəisiyə zəng edib tutu quşu kimi eyni sözləri təkrarlayan Paşinyana İran lideri belə cavab verib:
“3+3 formatından kənar ünsiyyət, əcnəbilərlə əməkdaşlıq, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək vəziyyəti daha da çətinləşdirir”.
Xatırladım ki, Rəisinin bəhs etdiyi 3+3 formatı regionun Türkiyə, Rusiya, İran kimi böyük dövlətləri ilə Azərbaycan, Gürcüstan və Ermənistan kimi kiçik ölkələrinin iqtisadi-siyasi əməkdaşlığını nəzərdə tutur. Region ölkələrindən Ermənistan bu formatdan kənar ölkə ilə - ABŞ-la hərbi təlimlərə hazırlaşır. "EAGLE PARTNER-2023" birgə hərbi təlimləri 2 gündən sonra - 11 senyabrda Ermənistanda başlayacaq və ayın 20-də başa çatacaq. Təlimlərə ABŞ-dan 85, Ermənistandan isə 175 əsgər qatılacaq.
Yalnız yüngül silahların istifadə olunacağı təlimlərin əslində hərbi əhəmiyyəti yoxdur və daha çox siyasi mesaj verməyə hesablanıb. Görünür, İran prezidenti də məhz bu mesajı yaxaladığından erməni həmsöhbətinə "özünü yaxşı aparmırsan" iradını çatdırmaq istəyib.
Heyder Oguz
Teref.az

Dünyapress TV

Xəbər lenti