Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə indiki gərginliyin bənzəri olmayıb
Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan jurnalistlərə bildirib ki, Rusiya ilə sadəcə fikir ayrılıqları var, bunu gərginlik adlandırmaq olmaz və guya bu işgüzar əlaqələrin xarakterindən irəli gəlir.
Bir neçə gündür bir-birlərinin ünvanlarına demədikləri ağır ifadələr qalmayıb, bu da deyir ki guya bu normaldır. Erməni diplomat mövcud durumu malalamağa çalışır.
Uzun onilliklərdir bu prosesləri izləyən birisi kimi əminlikə deyə bilərəm ki, Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə indiki gərginliyin bənzərini xatırlamıram. Görünür, Ermənistan hakimiyyəti özü üçün bu nəticəyə gəlib ki, Rusiya Azərbaycanın Qarabağın tamamını nəzarətə götürməsinə mane olmayacaq.
Ona görə indidən ağasını dəyişmək üçün zəmin hazırlayır.
Elxan Şahinoğlu
Teref.az

Dünyapress TV

Xəbər lenti