Belçikanın xarici işlər naziri Hadija Labib Cənubi Qafqaz ölkələrinə səfərinə Ermənistandan başlayıb. Belçikalı diplomat İrəvanda Ermənistanın ünvanına xeyli tərif səsləndirdikdən və ənənəvi “Laçın yolu açılmalıdır” açıqlamasını verdikdən sonra deyib ki, “Brüsseldəki son danışıqlar göstərdi ki, Ermənistan və Azərbaycan sülh sazişi bağlamağa yaxındırlar”. Brüsseldəki görüşdən sonra bölgədə vəziyyət daha da gərginləşib, Ermənistanın baş naziri heç bir sənədə imza atmaq istəmir, Azərbaycana qarşı təxribatların miqyası artıb, müharibə əhval-ruhiyyəsi var, avropalı nazir isə arxayındır ki, “yaxınlarda sülh sazişi imzalanacaq”. Bunlar ya vəziyyəti doğru analiz edə bilmirlər, ya arzularını reallıq kimi göstərmək istəyirlər, ya da ki, “əşi sonu yaxşı olacaq” deyib problemin həllinə səthi yanaşırlar.