“28 May” Neft-Qaz Çıxarma İdarəsində xəsarət alan işçini Allahın ümidinə buraxırlar...
“Uzun illər neft sahəsində fəhlə kimi işlədim, əlimin qabarından gecələr gözümə yuxu getmədi. Ailəmlə birgə yaşadığım Pirallahı rayonu Çilov adasındakı evimdən də sürgün etdilər, indi dolana bilmirəm”.

DİA.AZ bildirir ki, bunu Meydan TV-yə Masallının Təklə kənd sakini Həsən Həsənov bildirib. Onun sözlərinə görə, 1992-ci ildə Pirallahı rayonu, Çilov qəsəbəsində 22 saylı mühafizədə, 1993-cü ildən isə “28 May” Neft-Qaz Çıxarma İdarəsində işləyib. 1999-cu ildə istehsalatda ağır xəsarət alıb.

“28 May” Neft-Qaz Çıxarma İdarəsində xəsarət alan işçini Allahın ümidinə buraxırlar...

H.Həsənov bildirib ki, xəstə olduğundan işə çıxmayıb, amma bunun üçün tibbi arayış təqdim edib. Buna baxmayaraq ixtisas dərəcəsini azaldıblar və bu, maaşının azalmasına səbəb olub. Etiraz edəndən sonra onunla ədavətə başlayıblar, işdən çıxarıblar, yaşadığı Çilov adasından qovulub.

“Neçə ildir işsizəm, Bakıda kirayələrdə qalıb yaşamağa maddi imkanım çatmadı. 7 nəfərlik ailə üzvümlə birgə kəndə köçdük. Amma kəndi sel basdı, ev də su altında qaldı. 2018- ci ildən iş tapa bilmirəm, dəfələrlə müraciət etməyimə baxmayaraq işlə təmin olunmuram. Çarəsiz durumdayam, evim başıma uçur, təmir edə bilmirəm. Əliqabarlı neftçi necə dolansın, yaşayışını hansı yolla təmin etsin? Qaz xətti çəkilib, sayğac quraşdırılmasına imkanım çatmr, internet çəkdirməyə də pul istəyirlər”,-şikayətçi bildirib.

Masallı Rayon İcra Hakimiyyətindən vətəndaşın şikayətindən xəbərsiz olduqlarını deyiblər:

“Vətəndaş işsizdirsə, işsiz kimi qeydiyyata düşməlidir ki, vakant yerlər olarsa, təklif etsinlər. Evi sel basıbsa, bununla bağlı icra hakimiyyətinin fövqəladə hallar komissiyasına müraciət olunmalıdır, yerində baxış keçililməlidir, görünür, vətəndaş müraciət etməyib”.
 

Dünyapress TV

Xəbər lenti