Bu gün Azərbaycan bayrağını asarkən Sərhəd Qoşunlarının giziri erməni snayperi tərəfindən vurulub. Öncə bu haqda. Bu cür halın yaşana biləcəyi sürpriz deyildi. Malaçılar, baş altına yastıq qoyanların nə deməsindən aslı olmayaraq gərginliyin olacağını dəfələrlə yazmışdıq. Sülh danışıqlarına, masaların hamısına getmək lazımdır, ancaq onlara bel bağlamaq vacib deyil. Erməni mediası yazır ki, Azərbaycan ordusu onların ərazisinə girib. Elə həmin erməni mediası da video görüntüləri trajlayır ki, sülhməramlılar Azərbaycana şərait yaradır. Yavaş-yavaş bizim mediaya oxşayırlar. Bir neçəsinin sərhəd-buraxılış məntəqəmizdən keçməsinə bənd imiş ki, suyumuz üzlərinə sıçrasın. O bayraq bu gün asılmırdı, yenilənirdi. Dünən bayrağı güllə ilə vurub yararsız etmişdilər. Yəni, Azərbaycan tərəfi təxribata səbəb verən tərəf deyil. Videodan da görünür ki, Azərbaycan hərbçiləri sülhməramlıların müşayəti ilə hərəkət edir. Yəni, qaşınmırdı, qızışdırmırdı. Yeri gəlmişkən yaralı gizirin vəziyyətinin yaxşı olması barədə məlumat almışam. Zəngilan istiqamətindəki atışma barədə qısa şəkildə bildirim ki, bu da gözlənilən idi. Ermənistan tərəfi hər nə qədər məsələni öz boynundan atmaq istəsə də, hiss olunur ki, onları buna təhrik, bəlkə də məcbur edən qüvvələr var. Əməliyyatla, mövqe döyüşlərini qarışdırmaq olmaz. Onlar Azərbaycan ordusunun mövqelərini atəşə tutublar. Bunda həmişəki kimi minaatanlardan daha çox istifadə ediblər. Əldə etdiyim məlumata görə, qarşı tərəfə lazımı cavab verilib. İsti-isti detallara girmək istəmirəm. Xeyirsöyləməzə dedilər... Xeyirsöyləməzlik kimi çıxmasın, indi baş verənlər uzaq olmayan gələcəkdə baş verəcəklərin kiçik anonsu kimi bir şeydir. Sabah daha detallı yazılı və video formasında təqdim edəcəm. Səxavət Məmməd Teref.az