Qarabağ ermənilərinin bugünkü insidentə görə iradları Ermənistan hərbçilərinə ünvanlanmalıdır
Ermənisitan ordusunun Laçın sərhəd-keçid məntəqəsinə qarşı bugünkü təxribatı Qarabağ ermənilərinə zərər vurub.
Ermənilər bu sərhəd keçid məntəqəsindən istifadə edərək Qarabağdan çıxa və qayıda bilərlər.
Təxribat nəticəsində sərhəd-keçid məntəqəsi fəaliyyətini müvəqqəti dayandırıb.
Nəticədə ermənilər sərhəd-keçid məntəqəsindən istifadə edə bilməyiblər.
Sərhəd-keçid məntəqəsi fəaliyyətini bərpa edəndən sonra yenə təxribat olarsa sərhəd yenidən qapanacaq, bu Qarabağ ermənilərinə çətinlik yaradacaq, xəstələri Ermənistana gedə bilməyəcək, ərzaq daşınması dayandırılacaq.
Ona görə də Qarabağ ermənilərinin bugünkü insidentə görə iradları Ermənistan hərbçilərinə ünvanlanmalıdır.
Elxan Şahinoğlu
Terefg.az
 

Dünyapress TV

Xəbər lenti