"Ermənilər bu sualların qarşısında acizdirlər..."
Birinci Dünya müharibəsi illərində bir neçə cəbhədə savaşan Osmanlı dövlətini arxadan vuran bir qrup terrorçunun 24 aprel 1915-ci ildə həbs gününü ermənilər " soyqırım" kimi qeyd edirlər. Bildirirlər ki, guya 1,5 milyon erməni öldürülüb. Lakin aşağıdakı suallar qarşısında aciz qalırlar:

1.Terrorçuların həbsini soyqırımı kimi qəbul etməsi erməni cəmiyyəti və qurama dövlətinin terroru həyat tərzi və siyasəti seçməsi demək deyilmi? Bütün sonrakı fəaliyyətlər bunu sübut etmirmi?
2.Rəsmi statistikaya görə Şərqi Anadoluda bu qədər erməni yaşamadığı halda 1,5 milyon erməni necə öldürülə bilər?
3. O dövrün sənədlərində hərbi əməliyyatların gedişində 350 min nəfər erməninin öldüyü yazılsa da sonralar bu say artırılaraq 500, 650, 700, 850 min, 1 milyon, 1,5 milyona çıxarılıb.Soruşulur: ermənilərin ölüləri də artıb törəyirmi?Erməni siyasətçiləri və tarixçiləri o zamanın erməni ictimai xadimlərinin yazdıqlarını oxuyublarmı?
4.Osmanlını arxadan vuran bütün ünsürlərin sağlamlığını qorumaqdan ötrü həkim, canlarını mühafizə etmək üçün jandarma nəzarəti altında ölkə daxilində yaşayış yerlərinin daha təhlükəsiz yerə dəyişdirilməsi, mal və mülkünün qorunması və geri qayıdanların ona sahib çıxmaları "soyqırım"dırsa bu gün Ermənistan adlandırılan ərazidə bir nəfər də olsun azərbaycanlının olmamasının, mal və mülklərinin talanmasının, Xocalıda və digər yerlərdə törədilənlərin adı nədir?
5. Əgər Osmanlı soyqırımı törətsəydi bu gün Türkiyədə erməni qalardımı?Media orqanları fəaliyyət göstərə bilərdimi? Onlar Türkiyə Böyük Millət Məclisinə seçilə bilərdilərmi?
6.Əgər ermənilər haqlı olduqlarını iddia edirlərsə arxivlərini açan Türkiyədən niyə nümunə götürmürlər və arxivlərini bağlı saxlayırlar?

Ermənilər bu sualların qarşısında acizdirlər, cavab verməyə faktları və məntiq də yoxdur.Məntiq və fakt yoxdursa deməki, siyasət vardır.Siyasət isə belədir: Ermənistan adlı bir qurama dövlət aşağıdakı sacayaq üstündə dayanıb:

1.Erməni ünsürünü təhdid altında saxlayan terror təşkilatları.
2.Terroru təşviq edən və onunla çulğalaşmış kilsə.
3. Ermənilərin başlarını dumanda saxlayan uydurma soyqırımı.

Bəzi erməni xadimlərinin fikrincə, bu ayaqlardan biri olmasa, Ermənistan da olmaz. Amma bu ayaqlar da ermənilərin bədbəxtliyidir.Onlar normal cəmiyyət və dövlət olmaq istəyirlərsə, tamamilə yenidən qurulmalıdırlar. Yoxsa özlərinə və qonşularına baş ağrısı olaraq davam edəcəklər...

Musa Qasımlı - deputat
DİA.AZ

Dünyapress TV

Xəbər lenti