Dövlət Tikinti İdarəsinin işçiləri Prezidentdən KÖMƏK İSTƏDİLƏR...
Naxçıvan şəhəri, Şərur rayonunda yerləşən Dövlət Tikinti İdarəsinin işçiləri tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət eədn şikayətçilər yazırlar:

“Cənab Prezident!

Biz, Naxçıvan şəhəri, Şərur rayonunda yerləşən Dövlət Tikinti İdarəsinin işçiləri olaraq Sizdən xahiş edirik ki, müraciətimizin araşdırılması üçün tapşırıq verəsiniz.

Öncə onu qeyd edək ki, biz xalqımızın gələcəyi və rifahı naminə atdığınız addımları və siyasətinizi alqışlayırıq. Biz Şərur Rayon Dövlət Tikinti İdarəsinin işçiləri olaraq, işlə bağlı problemlərimizi sizə çatdırmaq istəyirik.

İllərdir Şərur Rayon Tikinti İdarəsində usta və fəhlə olaraq işləyirik. Burdan əldə etdiyimiz gəlirlə ailəmizi dolandırır, uşaqlarımıza çətinlikl ədə olsa gələcək qurmağa çalışırıq. Bu idarə 80 ildir fəaliyyət göstərir. Hətta bizim babalarımız belə, burada işləyərək, bizləri bu günlərə çatdırıblar.

Beş ildir işlərimiz zəif olsa da, azdan-çoxdan evimizə çörək pulu aparırıq. Amma bu gün Şərur rayon Dövlət Tikinti İdarəsi ləğv edilib, yüzdən artıq ailə başçısı işsiz qalıb. Onların da ailə üzvünü hesablıyanda, bu, yeddi yüz nəfərə gedib çıxır.

Cənab Prizdent!

Biz hal-hazırda ailəmiz və övladlarımız qarşısında öz öhdəliyimizi yerinə yetirə bilmirik. Bu səbəbdən, Sizə müraciət edərək bildirik ki, uşaqlarımız ac qalıb, xəcalətdən evimizə gedə bilmirik, bizə kömək edin, iş yerimiz bağlanmasın, biz də usta və fəhlələr olaraq ölkəmizə, dövlətimizə və xalqımıza alın tərimizlə xidmət edək, övladlarımızı vətənpərvər ruhda böyüdək.

Cənab Prizdent!

İndiyə kimi işlədiyimiz işlərin belə, doğru-düzgün haqqını ala bilməmişik. Sədərək rayonunda yerləşən Sərhəd Gömrük Keçid Məntəqəsində tikilən “Tır parkı”nda bizi işlədib, əmək haqqımızı verməyiblər. Sizdən xahiş edirik ki, müraciətimizi diqqətdə saxlayıb, bizə kömək edəsiniz. Əminik ki, bizə kömək edəcəksiniz, ailəmizin qabağında xəcalətli qoymayacaqsınız”.
 //“Hürriyyət”//
 

Dünyapress TV

Xəbər lenti