Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan 2021-ci ilin iyun ayında Azərbaycana səfərdən geri qayıdarkən təyyarədə türkiyəli jurnalistlərdən birinin “Azərbaycan ictimaiyyətində Türkiyənin hərbi baza məsələsində ciddi tələb var. Şuşa Bəyannaməsidə hərbi baza məsələsi varmı” sualına belə cavab vermişdi: “Bu məsələ bəyannamədən kənarda deyil. Burada daha sonra addımlar ata bilərik”. Yəni Ərdoğan bu cavabı ilə Türkiyənin Azərbaycanda hərbi bazanın yaradılmasını istisna etməmişdi. Türkiyədə mayın 14-də prezident seçkisi keçiriləcək. Bu seçkilərin nəticəsi bəlli deyil. Ona görə nə qədər ki, Ərdoğan hakimiyyətdədir hərbi baza məsələsini reallaşdırmaq faydalı olar. İran, qarşısında Azərbaycan-Türkiyə hərbi ittifaqının real gücünü görməyincə təxribatlardan əl çəkməyəcək. Türkiyənin Azərbaycanda hərbi bazası Rusiyanı da Azərbaycana qarşı təxribatlardan çəkindirəcək amillərdən birinə çevrilə bilər.