"Rusiya daha güclü silahlardan istifadə etməklə cavab tədbirləri görəcək" -
“Qərbin Kiyevə hücum silahları tədarükü qlobal fəlakətə gətirib çıxaracaq və Rusiya daha güclü silahlardan istifadə etməklə cavab tədbirləri görəcək”.

Teref.az xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin səsləndirib.

O bildirib ki, ABŞ Konqresinin üzvləri, Bundestaqın, Fransa Milli Assambleyasının və digər Avropa parlamentlərinin deputatları insanlıq qarşısında öz məsuliyyətlərini dərk etməlidirlər.

“Vaşinqton və Brüssel öz qərarları ilə dünyanı dəhşətli müharibəyə sürükləyirlər. Rusiya silahlarının texnoloji üstünlüyünü nəzərə alaraq, belə qərarlar qəbul edən xarici siyasətçilər başa düşməlidirlər ki, bu, onların ölkələrini məhv edəcək qlobal faciə ilə nəticələnə bilər”, – Dövlət Dumasının spikeri əlavə edib.

Onun sözlərinə görə, nüvə dövlətləri əvvəllər öz vətəndaşlarının təhlükəsizliyinə və ölkənin ərazi bütövlüyünə təhdid situasiyası ilə üzləşməyiblər. Ona görə də əvvəllər kütləvi qırğın silahlarından istifadə edilməsi ilə bağlı arqumentlər gündəmdə olmayıb.
 

Dünyapress TV

Xəbər lenti