"Cənab Müdafiə Nazirliyi.
Ancaq bu başdan deyim ki, məni nə prokurorluğa vermək lazımdır, nə
də üzr istətmək. Çünki böhtan atmaq , lağ etmək mənim işim deyil. Konkret.
Ordunun təhcizatı haqda çoxundan məlumatlıyam. Deyim ki, 100 faiz də olmasa, haqqı danışaq, normaldır. Ərazidə yeni HH lərin tikintisi, Hərbi strukturun bərpası da öz yerində. Görmüşəm, alqışlayıram. Bildiyiniz kimi Ordu ilə uzun zamandır birlikdəyəm, hər bir işə də adekvat yanaşmağım məlumunuzdur. "
Teref.az yazır ki, bunu hərbi ekspert Abuzər Əbilov yazır.Daha sonra hərbi ekspert yazır:
"Lakin son günlər "Müasir Ordu " anlamında müşahidə elədiyim və mənası, lazımlılığı çox vacib olan bir sıra ləvazimatların, qoruyucu vasitələrin olamasıdır.
Bunlardan biri də Taktiki, Ballistik eynəklərin şəxsi heyətdə olmamasıdır. Sözsüz ki, bu eynəklər Xüsusi Təyinatlılarda və müxtəlif xüsusi xidmər orqanlarının qruplarında var. Lakin atəş altına düşən tək onlar deyil.
Məlumat üçün: Taktiki eynəklər xüsusi istifadəli olaraq, döyüşlər zamanı döyüşçünün gözünü xırda qəlpələrdən, tozdan, partlayışlar zamanı yerdən qalxan müxtəıif ziyanverici predmetlərdən qorumaqla yanaşı, linzaları dəyişdikdə, günəş şüalarından və digər təbii faktorlardan qoruyur.
Azərbaycan əsgərinin hərbi-döyüş ləvazimatlarının içərisində bu vacib əşyanın olmaması, nəylə izah edilir?
Müasir orduların silahlanmasında bu və digər köməkçi predmetlərə xüsusi diqqət ayrılır. Azərbaycan ordusu da hal hazırda Qafqazlarda ən müasir, döyüş hazırlıqlı ordudur.
Mənim düşüncəmə görə və müasir dünyanın lokal və məhəlli münaqişələrində ,döyüşçülərin istifadəsində olan bu predmetin olmaması, sadəcə çatışmamazlıq və təəssüf hissi doğurur.
Son savaş xronikalarına baxanda, məhz bu predmetin heç bir əsgərdə,MAXE-də olmasına rast gəlmədim."
Teref.az