Rusiya sülhməramlıları Qarabağı TƏRK ETDİ – Hamının görmək istədiyi VİDEO
Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir.

TEREF bu barədə Musavat.com-a istinadən xəbər verir.
Məlumata görə, Rusiya kontingenti Azərbaycanı (Qarabağı) birdəfəlik və tam olaraq tərk edir.

Bununla da Azərbaycan Qarabağ məsələləri ilə bağlı bütün problemlərini həll etmiş, tam müstəqil, suveren nəzarətini bərpa etmiş durumdadır.

Təqdim etdiyimiz video sülhməramlı kontingentin Qarabağ istiqamətindən çıxaraq Azərbaycanı tərk etməsi zamanı Tərtər və Bərdə rayonlarında çəkilib.

 

Dünyapress TV

Xəbər lenti