İranın Nikşəhr və İranşəhr şəhərlərində səmada raketlər müşahidə olunub - VİDEOYaradılıb 22.03.2024 10:19 | Baxış sayı: 231İranda şərqdən qərbə doğru ən azı səkkiz raket atılıb.Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.Bildirilib ki, raketlər Nikşəhr və İranşəhr şəhərləri üzərindən keçiblər.Qeyd olunub ki, raketlər martın 21-i saat 13:00 radələrində atılıb.Atılan raketlər Qəsrkənd qəsəbəsi səmasından Nikşəhrə doğru istiqamətlənib.Xatırladaq ki, SEPAH bundan öncə də Sistan və Bəluçistan əyalətinə əvvəlcədən xəbərdarlıq etmədən raket atıb. Facebook-da paylaş