Ukraynaya 31 milyardlıq hərbi yardım göstərdiklərini açıqladı
“Avropa İttifaqı münaqişə başlayandan Ukraynanı 31 milyard avro dəyərində silahla təmin edib”.

TASS xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.

“Yeni rəqəm – Aİ münaqişə başlayandan bu yana Ukraynaya ümumilikdə 31 milyard avro dəyərində hərbi yardım göstərib. Bu il daha 20 milyard avroluq yardım göstərməyi planlaşdırırıq”, - deyə Borrell qeyd edib.
 
 
 

Dünyapress TV

Xəbər lenti