Rusiyanın yaşayış məntəqəsi ukraynayönümlü hərbçilərin nəzarətinə keçib
Rusiyanın Belqorod vilayətinin Qorkovski qəsəbəsi Ukrayna tərəfdə savaşan “Rusiyanın azadlığı” legionunun nəzarətinə keçib.

“Report” xəbər verir ki, bu barədə legion teleqramda bildirib.

“Belqorod vilayətinin Qorkovski qəsəbəsi “Rusiyanın azadlığı” qüvvələrinin nəzarəti altındadır”, – məlumatda diqqətə çatdırılıb.

Açıqlanıb ki, hərbi əməliyyat “içkeriyalı könüllülər”lə birgə aparılıb.

Xatırladaq ki, daha öncə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andriy Yusov Rusiyanın Belqorod və Kursk vilayətlərinin “aktiv döyüş əməliyyatları zonasına” çevrildiyini açıqlayıb.

Dünyapress TV

Xəbər lenti