Qərar verildi!
Almaniya kansleri Olaf Şolts Fransa prezidenti Emmanuel Makron və Polşanın baş naziri Donald Tusk ilə görüşüb.

TEREF musavat.com-a istinadən xəbər verir ki, mətbuat konfransında kansler Almaniya və onun Avropalı müttəfiqlərinin Ukrayna üçün çox sayda silah alacaqlarını bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfdarları Kiyevi uzaqmənzilli artilleriya ilə təmin etmək üçün “güc koalisiyası” yaradacaqlar.

“Bizim ümumi məqsədimiz Ukraynanın özünü Rusiyanın işğalından effektiv şəkildə müdafiə etməsini təmin etməkdir və belə də olacaq”, - deyə o bildirib.

Martın 13-də Şolts Bundestaq deputatlarına bildirib ki, o, Ukraynada alman hərbçilərinin olmasını, uzaq mənzilli sistemlərin tədarükünü və onların ölkədə yerləşdirilməsini istisna edir. Bundan əlavə, Bundestaq Kiyevə “Taurus” raketlərinin tədarükü ilə bağlı qətnamənin əleyhinə səs verib.

Fevralın sonunda Şolts Almaniyanın münaqişəyə cəlb edilmə riskinə görə Ukraynaya "Taurus" raketlərinin tədarükünə qarşı çıxdı. O, bu qərarı yekun adlandırıb, sonra martın 11-də yenidən təsdiqləyib.
 

Dünyapress TV

Xəbər lenti