“Putin müharibəni Rusiyaya gətirdi” –
Ukrayna kəşfiyyatı Oryol neft bazasında baş verən yanğını belə şərh edib: müharibəni Rusiyaya Vladimir Putinin özü gətirdi.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov danışıb.

“Hazırda Rusiya ərazisində hərbi obyektlərin demilitarizasiyası davam edir. Neft anbarları işğalçı ordu və Kreml rejiminin Ukraynadakı işğalçı qrupunun təchizatı və hərbi məqsədlər üçün istifadə etdiyi hərbi obyektlərdir. Bu obyektlərdə Ukraynaya qarşı müharibənin davam etdirilməsini çətinləşdirən aktların baş verməsi tamamilə təbiidir”, – kəşfiyyatçı vurğulayıb.

Eyni zamanda, Yusov dəqiqləşdirib ki, Ukrayna kəşfiyyatı hücum və yanğına görə kimin məsuliyyət daşıması barədə daha sonra məlumat verəcək:

“Amma deyə bilərik ki, bu cür aksiyalar geniş vüsət alır, bundan sonra da davam etdiriləcək. Hər gün hər kəsə getdikcə daha aydın görünür ki, Putin artıq müharibəni Rusiyaya gətirib və bunu Ukraynaya qarşı müharibədə iştirak edən hər kəs hiss edir”.

Rusiyanın Oryol şəhərində (Nijni Novqorod vilayəti) neft bazasında yanğın baş verib. Vilayət qubernatoru Andrey Klıçkov şəhərə PUA hücumu barədə məlumat yayıb. Bundan başqa, bu gün Kursk, Belqorod və Moskva vilayətləri də hədəfə alınıb. Həmçinin İvanovo vilayətində İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 15 nəfər həlak olub.
 

Dünyapress TV

Xəbər lenti