İsrailin baş naziri Benyamin Netanyahu hərbçilərə Qəzza zolağının cənubundakı Rəfah şəhərində dinc sakinlərin təxliyəsi və radikal HƏMAS hərəkatının qalan dörd batalyonunun məhv edilməsi üçün plan hazırlamağı əmr edib.
Bu barədə baş nazirin idarəsi məlumat yayıb.
Netanyahu hələ fevralın 7-də bildirib ki, İsrail hərbçiləri Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində döyüşlərin başlanmasına hazırlıq əmri alıblar. BMT-nin baş katibi Antonio Quterreş Qəzzada hərbi əməliyyatın miqyasının yüz minlərlə fələstinlinin sığındığı Rəfah sərhəddinə qədər genişləndirilməsi planlarından narahatlığını bildirib. Onun sözlərinə görə, bu, anklavda humanitar vəziyyətin pisləşməsinə səbəb ola bilər.