Bu gün Ukrayna Ali Radası “Qoşunların səfərbər edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Yeni qanunla hərbi çağırış şərtləri sərtləşdirilir. Çağırışdan yayınan şəxslərin bank hesablarının bağlanmasına şərait yaradılır, xaricdəki çağırışçılar isə yalnız hərbi stajı olduqda konsulluq uçotunda durmaq imkanı əldə edəcəklər. Bundan əlavə, qanun qəbul olunarsa, polis hərbi xidmətdən yayınanları aşkar etmək və saxlamaq üçün əlavə səlahiyyətlərə malik olacaq. Qanunun yeniliklərindən biri də “elektron bildiriş” adlanan sistemin tətbiqidir.