Rusiya Federasiyası ABŞ-ın Suriya və İraqa zərbələrini pisləyir, həmçinin bu vəziyyətin BMT-də təcili nəzərdən keçirilməsini istəyir.
“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarova qeyd edib ki, ABŞ-ın strateji bombardmanla bağlı hava hücumları Vaşinqtonun beynəlxalq hüquqa tamamilə məhəl qoymamasıdır.
Zaxarova əlavə edib ki, heç kim beynəlxalq koalisiya illüziyası yaratmamalıdır və Böyük Britaniya hələ amerikalıların hərəkətlərini dəstəklədiyinə görə cavab verməlidir.