Orban yola gəlmir...
Avropa İttifaqı ölkələrinin liderləri hələ də Macarıstanı Ukraynaya yardım üçün 50 milyard avro maliyyə yardımını təsdiqləməyə inandıra bilməyiblər.

Bu barədə Avropa İttifaqının yüksək vəzifəli nümayəndəsi bildirib.

“Danışıqlar intensiv şəkildə davam edir, lakin biz hələ də razılığa gələ bilməmişik. Biz Macarıstan tərəfdən müəyyən hərəkətlərin şahidi olduq, lakin Ukrayna ilə bağlı danışıqlar çətin olaraq qalır”, - nümayəndə qeyd edib.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukraynadakı münaqişə yalnız diplomatiya yolu ilə həll edilə bilər.

Onun fikrincə, Avropa İttifaqının Ukraynaya mümkün 50 milyard avro ayırması ilə bağlı qərarı münaqişənin hərbi yolla həlli ilə bağlıdır.

Orban bu təşəbbüsdə Avropa İttifaqını dəstəkləmədiyini deyib.

Macarıstanın Baş naziri ABŞ-nin sabiq prezidenti Donald Trampın yenidən seçilərsə, Ukraynadakı münaqişəni dayandıra biləcəyini düşünür. O, Trampı müharibəni dayandıracaq qədər güclü lider hesab edir.
TASS
 

Dünyapress TV

Xəbər lenti