"BMT qeyd edib ki, insident Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və davam edən müharibə kontekstində baş verib..."
"Ukrayna nümayəndəsi bəyan edib ki, Rusiya təyyarələri ukraynalı hərbçilər üçün qanuni hədəfdir..."
Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Belqorod vilayətində qəzaya uğramış İl-76 təyyarəsinin salonunda ukraynalı hərbi əsirlərin olmasını müəyyən edə bilmir.
Moderator.az xəbər verir ki, bu barədə BMT baş katibinin müavini Rozmari Dikarlo Təhlükəsizlik Şurasının yanvarın 25-də keçirilən iclasında bəyan edib. Məlumatı "svoboda.org" nəşri yayıb.
Rusiya iddia edir ki, təyyarədə 65 hərbi əsir, altı ekipaj üzvü və üç rusiyalı hərbçi olub. Eyni zamanda Kiyev məlumat verib ki, İl-76 işğalçı ordu üçün raketlər daşıya bilərdi.
Dikarlo əlavə edib ki, Ukrayna insidentin beynəlxaql tədqiqatının keçirilməsini tələb edib.
"BMT bu məlumatları və ya qəzanın baş verdiyi şəraiti yoxlamaq imkanına malik deyil. Aydındır ki, bu insident Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və davam edən müharibə kontekstində baş verib", - baş katibin müavini deyib.
Onun sözlərinə görə, son həftələr Ukraynaya hücumların miqyası və intensivliyi artıb. Dikarlonun fikrincə, bu, müharibənin təhlükəli trayektoriyasından xəbər verir.
O, mülki rayonlara dinc sakinlərin həlak olması və yaralanmasına, habelə kritik vacib infrastrukturun dağıdılmasına gətirib çıxaran raket zərbələri və atəşlərindən narahat olduğunu ifadə edib.
Ukrayna BMT-də bəyan edib ki, Rusiya təyyarələri ukraynalı hərbçilər üçün qanuni hədəfdir.
Ukrayna Belqorod yaxınlığında hava məkanının təhlükəsizliyinə riayət edilməsinin zərurəti barədə məlumatlandırılmayıb.
Ukrayna Silahlı Qüvvələri bundan sonra da terror təhlükəsinin aradan qaldırılması üçün daşınma vasitələrinin məhvi, habelə hava məkanına nəzarət edilməsi üzrə tədbirlər görməkdə davam edəcək.
Ukrayna onun hərbi qulluqçularının Belqorod vilayətində qəzaya uğramış İl-76 təyyarəsində daşınması barədə məlumatlandırılmayıb.
Əgər bu fakt təsdiqini taparsa, bu, Rusiya tərəfindən Ukrayna şəhərlərinə zərbələr endirmək üçün döyüş sursatlarının daşınmasını ört-basdır etmək etmək məqsədilə ukraynalılardan canlı qalxan kimi istifadə edilməsinin ilk sübutu olacaq.
Bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında Ukraynanın BMT-dəki daimi nümayəndəsinin müavini Kristina Qayovişin bəyan edib.