DİA.AZ: - "Bizə yazdılar və xahiş etdilər ki, Azəriqaz İB strukturuna daxil olan Lənkaran RQİİ-nin Biləsuvar ,Masallı, Lənkaran Xidmət Sahələrində aşağıda qeyd olunan problemlər Azəriqaz rəhbərliyi tərəfindən nəzarətə götürülsün və araşdırılsın". DİA.AZ bildirir ki, bu paylaşımla tanınmış insan hüquqları müdafiəçi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı çıxış edib.
Hüquq-müdafiəçisi yazır: "İdarəyə gətirilən işlənmiş qaz xətləri vəzifəli şəxsin göstərişi ilə Biləsuvar rayonunda işlənmiş "dəmir yığılan" deyilən yer var... ora verilir. Əgər turbalar yoxlanlsa, ölcülsə, bütün bunlar üzə çıxacaq.
"Azəriqaz"dan göndərilən qaz vintilləri, kranlar ve qaz tənzimləyici reduktor da satılır, əvəzində işlənmiş kranlar, reduktorlar boyanaraq təzə adı ilə işlənilir".
Onu da bildirək ki, M.QƏhrəmanlı işçilərin müraciətində vəzifəli şəxslərin ad və soyadlarının da qeyd olunduğunu bəyan edib. Yəni müvafiq qurumlar maraqlanarsa, təqdim edə bilər...
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...