"Kənd Təsərrüfatı Naziri təyin olunandan bu yana İnam Kərimov aqrar sahədə hansı savadın sahibi olduğunu göstərdi. Şəki rayonunda ipəkçiliyin inkişafı ilə bağlı tədbirdə İnam Kərimov baramanı təqdim edənlərdən soruşdu ki, Siz baramanı neçə dəfə suvarırsınız? Gah da fermerlərlə görüşdə quzu qucaqlayaraq Kənd Təsərrüfatı naziri olduğunu bildirdi". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra iddia olunur ki, İnam Kərimov nazir təyin ediləndən bu yana kadır islahatlarında yalnız həmyerlisi olan yaxınları və qohumlarına üstünlük verən bir şəxs olaraq aqrar sahə kimi aqrar kadr ehtiyatını da məhv etdi.
KTN-nin göz bəbəyi olan ADAU NECƏ MƏHV EDİLİR...
DİA.AZ-a göndərilən məqalədə İnam Kərimovun yaxın adamları bir-bir təqdim olunur:
Məqalənin əvvəli burada: Kənd təsərrüfatının inkişafına İNAMIMIZ NİYƏ ÖLÜB? - BAX, BUNA GÖRƏ...
Məqalənin davamında deyilir:
Bayandur Rzayev: Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Bayandur Rzayevin qardaşı Elnur Rzayev Xaçmaz rayonunun icra başçısıdır. İxtisasca baytar olan Bayandur Rzayev İnam Kərimovun həmyerlisi olan yaxınlarındandır. Baytarlıq sahəsində təhsil alsa da, baytarlığın nə olduğunu bilməyən, tələbə vaxtı tapşırıqla keçən, disertasiyası köçürülmə və saxta olan Bayandur Rzayevə İnam Kərimov heyvandarlıq şöbəsinə müdür təyin edib. Soruşan yoxdu ki, ay İnam Kərimov baytarlıq hara, heyvandarlıq hara?! Bayandur Rzayevin heyvandarlıqdan nə anlayışı, nə də təhsili var... sən onu hansı əsasa görə bu şöbəyə müdir təyin edirsən?!
Zəfər Qurbanov: İnam Kərimovun təyinatlarından görünür ki, aqrar sahəni tamamilə məhv etmək istəyir. Təyinatlarına diqqətlə baxsaq, hamısının əslən Qərbi Azərbaycandan olduğunu görərik. Zəfər Qurbanov da bunlardan biridir. Sanki Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yox, Göyçə mahalı Kənd Təsərrüfatı Nazirliyidir... Biz hansısa regiona qarşı deyilik, amma hansısa regionun nümayəndələri bu şəkildə davrananda ikrah hissi oyadır istər-istəməz... Nazirlikdə və tabeli qurumlarda vəzifədə olanlar kimi ADAU də Zəfər Qurbanov təyinat aldığından bu yana ancaq vəzifəyə öz qohumlarını və Göyçə mahalından olanları gətirir. ADAU də narazılığı təkcə müəllim heyəti deyil tələbələr tərəfindən də edilir. Çünki Zəfər Qurbanov elə bir sistem yaradıb və təhsilə nəzarəti elə şəxslərə verib ki, 40 nəfər tələbədən 5 nəfəri imtahandan ancaq keçir. Onu da ki müəllim sistemin şərləri qarşısıda məcbur qalaraq edir. İmtahan nəzarət sisteminə Daxili Nəzarət şöbəsinə müdür qoyduğu Bağırzadə Bəşir sanki tələbələrin kəsilməsi üçün əlindən gələni edir. Hətta bir çox müəllim dərsinə imtahanına özünə nəzarət edən Bəşir Bağırzadənin əlindən bezib. Kəsilən tələbələri isə Bəşir Bağırzadə "mədəni yolla" kəsirlərini düzəldir. Zəfər Qurbanov elə buna görə də nəzarəti və məsləhəti Bəşir Bağırzadədən alır. Pedeqoji sistemdən anlayışı olmayan Bəşir Bağırzadə necə tədris idarə edə bilər, onun işi Zəfər Qurbanova pul yığmaqdı. Hər iclası 4 saat çəkən Zəfər Qurbanov təhsildən deyil universitetin bücəsindən danışır. Zəfər Qurbanovun məqsədi kəsilənlərin sayının çox olmağı təqayüt alan tələbələrin sayının azalması pulların bücədə qalmasıdır. Zəfər Qurbanov təyinatından bu yana təhsildən yox ancaq bücədəki puldan danışır. Təhsili inkişafını yox ancaq kafedraları birləşdirdi, şöbələri dağıtdı ixtisasları bağladı məqsədi yalnızca bücədə vəsaitin çox qalmağıdır. Aqrar təhsildən anlayışı olmayan Zəfər Qurbanov ADAU də özbaşınalıq yaratdı bütün heyyətin aqrar təhsilə və dövlətə olan sevgisini məhv etdi.
İnam Kərimovun tapşırığı ilə bir baxaq kimlər idarəçilik edir ADAU-nu..."
Bu barədə növbəti yazıda...
DAVAMI VAR...
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...