"Vidadi İsayev dedi ki, Prezident gəlib-gedər... yenə də obyektinizi açarsınız"
DİA.AZ: - Bərdə rayonu, Mirzəxan-Qaraqoyunlu kəndində psport qeydiyyatında olan və yaşayan sahibkar Musayev Cavid Zahid oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Cənab Pezident, yazıb Sizə bildrmək istəyiəm ki, mən Cavid Musayev uzun müddətdir ki, Bərdə rayonunMirzəxan-Qaraqoyunlu kəndində yaşamış və sahibkarlıqla məşğul olmuşam.Yəni, kəndin girəcəyində 1.5 sot şəxsi mülkiyyətim olan torpaq sahəmdəçayxana, yeməkxana və bir dükanım vardı. Və onları işlədirdim.
2014-2015-ci illərdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev bizə bildirdi ki, bəs kəndin girəcəyinə "Ala qapı" qoyulmalıdır. Bu bir dövlət tədbiridir. Və ona görə də sizin çayxana və yeməkxana binası sökülməli, yerində bu "Ala qapı"nın tikintisi aparılmalıdır. Naəlac qalıb razılıq verdik. Obyektlərimizin və torpağımıza heç bir kompensasiya verilmədən söküldü. Lakin, "Ala qapı" inşa edilib başa çatandan sonra gördük ki, bu obyektin bizim çayxana və yeməkxana ərazimizə düşməyib. Yəni dəxli olmayıb. Biz o zaman 2015-ci ildə icra başçısı Vidadi müəllimlə görüşüb xahiş etdik ki, tikilən "Ala qapı"nın bizim şəxi mülkiyyətimiz olan yerə düşmədiyini nəzərə alaraq icazə verilsin obyektlərimizi yenidən əvvəlki kimi bərpa edib istifadə edək. Cənab başçı cavab verdi ki, bir az gözləyin ki, Prezident kəndə açılış mərasiminə gəlsin və getsin, o zaman siz də obyektlərinizi yenidən tikər, bərpa edərsiniz. Razılaşdıq. Amma bizim yol kənarı olan hissəyə də 16-17 ədəd şam ağacları da əkmişdilər. Lakin dövlətimizin başçısının rəsmi açılışa gəlib getməsindən sonra dəflərlə cənab icra başçısının qəbulunda olub bizə şəxsi mülklərimizi bərpa etməyə ( öz hesabımıza) və sahibkarlıq fəaliyyətimizi davam etdirməyə icazə istədik. Başçı əvvəllər hər dəfə bizə bəhanə ilə işimizə icazə vermədi. Sonda isə qəti olaraq eiraz etdi ki, tikililəri bərpa etmək olmaz! Digər tərəfdən də ETSN-nin yerli meşə idarəsindən də dedilər ki, sizin torpaq sahənizdə əkilən ağaclara toxunmaq olmaz. Budur, nəticədə biz 7 ildən çoxdur ki, əvvəlki kimi sahibkarlığımızla məşğul ola bilmirik. Baxmayaraq ki, torpaq da mülklər də rəsmi sənədlərlə mülkiyyətimizdə olub. Lakin bizim obyektlə üzbə üz olan və yolun sol tərəfindəki mühafizə zolağında iridiametrli yeraltı çəkilmiş magistral qaz xəttinin düz üstündə iki mərtəbəli böyük bir kommersiya obyekti sənədsiz tikilərək istifadəyə verilmişdir. Digər tərəfdən isə çayxana və yeməkxana obyektimizə təzədən texniki pasport almaq üçün ASAN xidmətdə 1500 manat rüsum haqqı ödədikdən sonra indi də DƏDRX-nin 7 saylı Ərazi İdarəsi bizə yenidən torpağın çıxarış üzrə obyektlərə texniki pasport vermir. Şərt qoyur ki, gərək siz əvvəlcə obyektlərinizi olduğu kimi tikin, sonra sənəd verək. Doğrudur, obyektlr dostum Abdullayev Ələsgər Ələkbər oğlunun adına sənədləşdirilsə də, sonradan aramızda alqı-satqı müqaviləsi bağlamışıq. Ki, Obyektlər yenidən bərpa olunacağı təqdirdə birbaşa mənim adıma rəsmiləşsin.
Çoxhörmətli Prezident! Siz dəflərlə yerli məmurlara rəsmi çıxışlarınızda xəbərdarlıqlar etmisiniz ki, "...sahibkarların işlərinə qanunsuz müdaxilələr yolverilməzdir, əksinə onlara kömək etmək lazımdır ki, büdcəyə vergi vəsaiti ödəsinlər"...
Budur, 7 ildir ki, qanunsuz və əsassız olaraq sökülmüş obyektlərimizi yenidən bərpa edib sahbkarlığımızı davam etdirməyimizə imkan verilmir. Ona görə də şəxsən Sizə müraciət etməyə məcbur olur və xahişimiz də budur ki, mülkiyyətimizdə olan 0.15 ha torpağımıza sərəncam verib istifadə edə bilək. Və vaxtilə qanunsuz sökülmüş iki obyektimizi öz hesabımıza bərpa edib yenidən sahibkarlığımızı davam etdirməyimizə köməklik göstərəsiniz. Əvvəlcədən təşəkkürlərimizi bildiririk".
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Bölmənin digər xəbərləri

20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..

Dünyapress TV

Xəbər lenti