Bakı Baş Gömrük İdarəsindəki özbaşınalığa görə kim cavab verməlidir? - NARAZILIQ VAR!
Bir neçə gün əvvəl Çindən dekor güllər gətirən tacirlərin Bakı Baş Gömrük İdarəsində haqsızlıqla üzləşdikləri səbəbindən Dövlət Gömrük Komitəsinə (DGK) etiraz etmələri barədə məlumat yaymışdıq.
Xatırladaq ki, redaksiyamıza müraciət edən bir qrup şəxs Çindən idxal etdikləri sintetik güllərə görə gömrük haqqı bir kiloqrama görə 3,5 ABŞ dollarından 5,0 dollara qədər qaldırılmasından şikayətlənmişdilər. Bakı Baş Gömrük İdarəsində rastlaşdıqları axırıncı tələbdən çox məyus olan ticarətçilər etirazlarını daha uca səslə bildirmək üçün Dövlət Gömrük Komitəsinə də gedibmişlər. Onlarla təmasa çıxan Bakı Baş Gömrük İdarəsinin Elmir adlı əməkdaşı isə sözün hərfi mənasında bazarlıq etmişdi: “Qiymət qalxıb, yox əgər 5 dollara razı deyilsinizsə, sizin üçün güzəşt edib 4,5 dollara rəsmiləşdirə bilərik”.Şikayətçilər Mediatv.az-a bildirirlər ki,axı son zamanlarda gömrük haqqında,eləcə də gömrük rüsumları haqqında qanunda dəyişiklik edilməyib.Bizdən alınan bu pullar hara köçrülür,kimlərin cibinə axır?
KİV olaraq mülahizə yürütmüşdük ki, bu məsələ bu ilin avqust ayında Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilərək təqaüdə göndərilən, yerinə hələlik təyinat olmayan gömrük xidməti polkovniki Pərviz Kəngərlinin vəzifəsinin müvəqqəti icrasının tapşılırldığı DGK sədrinin birinci müavini,sədr vəzifəsini müvəqqəti icra edən Şahhin Bağırova qarşı təxribat da ola bilər. Eyni zamanda DGK sədrinin birinci müavininin BBGİ-nin rəisi vəzifəsini müvəqqəti öz üzərinə götürən kimi dərhal elə qanunsuz göstərişlər verə bilməsini inandırıcı hesab etməmişdik.
Amma “ən doğrusunu DGK rəhbərliyi bilər” deyib Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, gömrük xidməti polkovniki Natiq Axundovla telefon əlaqəsi saxladıq və baş verənlərə aydınlıq gətirməsini xahiş etdik. Natiq müəllim Bakı Baş Gömrük İdarəsi ilə əlaqə saxlayacağını, uzağı 20 dəqiqə ərzində məsələ ilə bağlı açıqlama verəcəyini vəd etdi. O 20 dəqiqə artıq bir həftədir ki, mətbuat katibi hər vəchlə bizimlə ünsiyyətdən yayınır. Onun əvəzinə telefonu götürən əməkdaşlar zəng etdiyimizi ona çatdıracaqlarını deyirlər, amma cavab gəlmir ki, gəlmir.
Belə başa düşürük ki, cənab Natiq Axundov təkzibolunmaz və həm də izaholunmaz fakt qarşısında qalıb və nə cavab verəcəyini, qanunsuz qiymət artımını hansı “arqumentlə” əlaqələndirəcəyini bilmir. Adətən belə situasiyalarda etirazların səngiməyini, necə deyərlər, “aranın sakitləşməyini” gözləyirlər ki, vaxt qazansınlar. Ümid edirlər ki, ticarətçilər boş yerə vaxt itirdiklərini görüb vəziyyətlə barışarlar. İstisna deyil ki, onların arasında daha fəallarını dilə tutmaq və təzyiq göstərmək yolu ilə fikirlərindən yayındırmaq, bir sözlə, sıralarını pozmaq cəhdləri də olsun.
Ən sonda xatırladaq ki, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal və ixrac gömrük rüsumlarınının dərəcələri Nazirlər Kabinetinin qərarı ilə dəyişdirilir və qərar NK-nın “www.cabmin.gov.az” saytında yerləşdirilir.
Mövzuya qayıdacağıq.
Mediatv.az
 
 
 

Bölmənin digər xəbərləri

23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO

Dünyapress TV

Xəbər lenti