DİA.AZ: - "Azəriqaz"-ın bu zamana qədər abonentlərin (istehlakçıların) cibinə necə girdiyini sübutlayan faktlar açıqlanıb. Bu barədə DİA.AZ-a adının açıqlanan faktlardan belə aydın olur ki, sözügedən qurum rəhbərliyi əvvəlki "Azəriqaz" şeflərindən fərqli olaraq dövlətdən daha çox, vətəndaşdan oğurlamaq yolunu seçib ki, bunun da fakt olaraq ifşası o qədər də asan deyil. Beləliklə, "Azəriqaz" rəhbərliyinin vətəndaşların cibinə necə girdiyini sübutlayan dəlilləri təqdim edirik. Qeyd edirik ki, mənbənin açıqladığı faktları redaktə olunmamış versiyada təqdim edirik. Zatən fikirlər anlaşılandır. Hazırda da "Azəriqaz"da çalışan mənbə dia.az-a yazır: "Bəli, bizdədə qazı talayan oğurlayan abonentlərimiz var... qoy onlar qanuni cəzalarını alsınlar Azərbaycanın qanunları ilə, Lakin elə abonent istehlakci var onlara Azəriqaz tərəfindən qanunsuz olaraq cərimələr tətbiq edilir əsassız qaz itkilərinin bərpası məqsədiylə abonentdən xəbərsiz onun kodlarına müəyyən məbləğlər vurulur. Bir mütəxəsis kimi deyə bilərəm ki, akt tərtib olunmuş 95 % abonentlərə qanunsuz olaraq hesabat aparilmiş və qanunsuz olaraq abonent borclandırılmışdır. Təsəvvür edirsiz 2019-cu ildə sayğac əvəz olunub 2022-ci ilin noyabrinda həmin abonentə itirilmiş qazın bərpası haqqında akt tərtib olunub abonentin əvəzinə qol cəkilməklə, Bu rayonlar əsasən (Bakı rayonları, Xacmaz, Ağdaş, Gəncə, Quba, Göycay və Masallı rayonlarını kütləvi şəkildə əhatə edib) Abonentlər bunu görmür bildirişdə cixmir, Bir nüansı qeyd etmək istərdim abonentiin sayğacı əvəzlənib sayğac 1 gün qalib abonentin ünvaninda abonent qazdan istifadə edə bilməyib yəni sayğac keçən qazı buraxmayib dərhal 104 ə məlumat verib ki bəs mən fərdi evimdə qazdan istifadə edə bilmirəm xidmətin Sayğaclarin istismarı və metrologiya şöbəsi tərəfindən dərhal sayğaca baxış kecirib və məlum ediblər ki, sayğacın həqiqətən zavod qüsurludur sayğac əvəzlənməlidir bu fakt 1 günün icində baş verib Sayğacı göndərillər labaratoriyaya sayğaca rəy verilir ki sayğacda qaz itkisi yaranmişdır sayğac ötən qazin sərfini qeyd etmir və abonentə 1 ay müddətində itirilmış qaz hesablanaraq 172.80 qəpik abonent borclandirilmişdir. (4x12x30=1440) (1440*0.12=172.80 AZN) (İZAH: 4= sayğacın nominal qaz buraxma əmsalı, 12 günün saatı, 30 isə gündür) Burda məqsəd ancaq itkilərin minimum aşağı endirilməsi və qoyulmuş rəqəmin SOCAR a verilməsindən ibarətdir. Azəriqaz Hesabat versə əgər doğru dürüst satılan qazın umumi miqdarinin necə min kubu sayğac göstəricisndən gəlib və necə kubu yazilmiş gizlin cərimələrdən gəlib bu qeyri adi bir rəqəm ortaya cixacaq orda görəcəksizniz ki, həqiqətən satılan qazın 40 faizi məhz cərimələr dən gələn qazdır və bu bizi narahat edir cünki abonent bilmədikcə hər ay davam edən məsələlərdəndir. Azərbaycan xalqı vallah gözəl xalqır bu xalq körpədir bu xalqın ordusuyla dünyanı fəth eləmək olar bu xalqı aldatmağ olmaz. 2018-ci ildə 2019-cu ildə sayğac əvəzləmisən 4 il kecib indi siz vəzifədə qalacaqsız deyə ona cərimə vurursuz günahdir eləməyin belə. Siz birdənədə olsun itkilərin qarşısın alınması məqsədiylə hec bir təsərüfatda iş görmədiz . itkinin qarşısının alınmasını ancaq sayğacda gördüz ancaq itkinin yaranma səbəbləri fam fərqlidir. Kütləvi surətdə 5-6 il istismarda olmuş Azəriqazz İB-nin eks baş direktoru Əkbər Haciyevin dövründə abonentlərin istifadəsinə verilən Alman markası olan ELSTER G-4 mexaniki tipli qaz sayğaclarını istismardan cixararaq hamisini labarator şəraitində yararsız edərək metalloma göndərdiz Səbəb nə idi? Dünya təcrübəsində götürək elə Rusiya və Belarus təcrübəsini Sayğac abonentə qurulduqdan sonra 5 il tamaminda Sayğac mütəxəsisləri tərəfindən əvvəlcə sayğaca yerində baxış kecirilir daxili yoxlanilir kamera vasitəsiylə xüsusi maye vasitəsiylə yuyulur hər hansi bir nöqsan olmasa sayğac yenidən şəbəkəyə bağlanır 10 cu ilində sayğac acilib artıq labarator şəraitində yoxlanilir və abonentə yeni sayğac baglanilir labarator şəraitində yoxlanilan qazz sayğacı əyərsə yararlidirsa və yenidən digər abonentin istifadəsi ücün yaralı hesab edilərək qoşulur və beləliklə sayğacin istismar ili 20 il hesab olunur. Bizdə tamamiylə fərqlidir".
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...