Göyçayda vətəndaşı incidən kimdir?
DİA.AZ: - Göyçay rayonu Heydər Əliyev pr. 2-ci Ərəbcəbirli kənd sakini Xasıyev Əziz Səadətdin oğlu tərəfindən ölkər rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, təxminən 2015-ci ildə şiddətli şaxtalar zamanı donvurma nəticəsində istifadəmizdə olan su sayğacı xarab olmuşdur. Mən problemin həlli ilə bağlı "Azərsu" ASC Göyçay Su Kanal İdarəsinə müraciət etdim. Mənə bildirdilər ki, sayğacını özün öz vəsaitin hesabına təmir etməlisən, ondan sonra biz gəlib sayğacı yenidən möhürləyərik. Beləliklə mən onların dediyi kimi etdim. Yenicə təmir olunmuş smart-kart su sayğacımıza 2 manat dəyərində su yüklədim. Lakin 15 gündən daha artıq müddət keçməsinə baxmayaraq kartda olan suyun qurtarmadığını görüb, sayğacın düzgün işləmədiyini anladım və yenidən Göyçay Su Kanal İdarəsinə getdim. Mənə "Sən get, biz gəlib tezliklə maraqlanarıq" dedilər və bir də nə az, nə çox, düz 3 ildən sonra "xəbərdarlıq" bildirişi göndərdilər. Bildirişə əsasən, 342 (üç yüz qırx iki) manat borcumuz var idi. Sən demə smart kart tipli su sayğacında verilən su mexaniki qaydada hesablanıbmış. Onlar bu müddət ərzində kanalizasiya sisteminə qoşulmadığımız halda, qoşulmuş kimi qeyd etmişdilər. Bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsinə əsas verir. Çünki “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı maddə 5.1.5. -də: "Verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək" istehlakçıların hüquqlarındandır. Öz qaydalarına uyğun hərəkət edən Göyçay Su Kanal İdarəsinin yazdığı qanunsuz borc səbəbilə suyumuzu kəsdilər. Qohum-aqrabadan xahiş-minnətlə pul alıb suya olan borcun bir hissəsini ödəməklə, suyumuzu bərpa etdirdim. Əlimdə pul olduqca vaxtaşırı suya olan borcumdan ödəyirdim. Xarab olmuş smart kart tipli su sayğacımız mexaniki qaydaya keçdiyi üçün onlar mənə "çek" təqdim etməli idilər. "Çek" verilmədiyinə görə isə qanunsuz olduğunu bilib qalıq borcu ödəməkdən imtina etdim. Mən öz etirazımı bildirdikdə, müxtəlif əsassız bəhanələr gətirirdilər. Beləliklə onlar da 186 (yüz səksən altı) manat borca görə yenidən içməli suyumuzu kəsdilər. Halbuki bu hesablamalar qeyri-dəqiq idi. İşləməyən və eyni zamanda "çek" vermədikləri sayğacın borcunun düzgün bilmək mümkün deyil. Ancaq suya olan zəruri ehtiyacımız səbəbilə çarəsiz vəziyyətdə borcdan 100 (yüz) ödəməklə bir daha suyumuzu bərpa etdirdim. Artıq 3 gündür ki, yenə də bizi içməli suya məhrum qoyublar. Göyçay Su Kanal İdarəsi açıq-aşkar vətəndaşlarla oyun oynayır. Gah qanunsuz cərimə yazırlar, gah yalnış hesablamalar aparırlar, gah da "çek" verməməklə, şəxsi maraqlarına uyğun qaydada pul tələb edirlər, hər dəfə suyumuzu bərpa etmək məqsədilə isə ən azından 15 (on beş) manat pul alırlar. Neçə illərdir ki, onların özbaşınlıqlarından təngə gəlmişəm. Lazım gəldikdə pul alırlar, kefləri istəyəndə suyumuzu kəsirlər. Ailəmin, qohum-aqrabalarımın, qonşularımın yanında rüsvay olmuşam. Bu idarə heç kimdən qorxmadan qanunsuzluqlar edir. Satış müdiri Kazıma da narazılığımı bildirmişəm. O, "get kimə şikayət edirsən, et" deyir. Onlar məni sözün həqiqi mənasında intihar həddinə çatdırıbdır. Dəfələrlə üzərimə benzin tökərək Göyçay Su Kanal İdarəsinin qarşısında özümü yandırmaq fikrində olmuşam, lakin qorxuram ki, iki körpə balam atasız qalar.
Sizdən çox xahiş edirəm, adı çəkilən idarənin özbaşınalıqlarına son qoyasınız və içməli su problemimizi qanuna müvafiq qaydada həll edəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Bölmənin digər xəbərləri

27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...

Dünyapress TV

Xəbər lenti