“Proqress 2016” MTK-nın fırıldaqları: Emil Səməndərov niyə cəzasız qalır?- VİDEO
Bir neçə ay öncə FHN mətbuat xidmətinə istinadən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Xırdalan şəhərinin M.Ə.Rəsulzadə küçəsində vətəndaş Emil Səməndərov tərəfindən müvafiq icazəverici sənədlər olmadan naməlum təyinatlı obyektin tikintisinin aparılması faktı ilə bağlı cumhuriyyet.az olaraq məlumat yayymışdıq. Göstərilən məsələlərlə əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər nəzarətə götürülmüşdü. Sözügedən obyektin videogörüntülərini cumhuriyyet.az olaraq diqqətinizə çatdırlrlq:

Məlumatda adı çəkilən E.Sıməndırovun adı bir neçə qalmaqallı olayda hallandırılıb. Belə ki, onun rəhbıri olduğu “Proqress 2016” MTK mənzili bir neçə nəfərə satmaqda ittiham edilərək barəsində istintaq hərəkətlərinə başlandığı xəbəri yayılıb. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Abşeron rayonunda inşa etdiyi binada payçılara qarşı saxtakarlığa yol verdiyi deyilən şirkətin işi nəzarətdədir. Əldə etdiyimiz bilgiyə görə, vətəndaşların şikayətindən sonra “Proqress 2016” MTK-nin məsələsi hüquq-mühafizə orqanlarının diqqətindədir.
Əgər araşdırmaların nəticəsində MTK rəhbərliyinin fırıldağa yol verdiyi təsbit olunarsa, dələduzluğa görə cinayət işi açılması istisna edilmir.
Şirkətin sahibi həm də “Hayan E” MMC-nin hüquqi sədri Səməndərov Emil Tofiq oğludur. Şirkət neçə ildir payçıları aldatmaqdadır. Hazırda aparılan araşdırmalar və müəyyən istintaq hərəkətlərindən sonra E.Səməndərovu, eynilə şirkəti nə gözlədiyi qeyri-müəyyəndir. Payçıların tələbi isə müqavilə əsasında öz mənzillərini təhvil almaqdır. Şikayətçilərdən birinin sözlərinə görə, 2018-ci ilin dekabrında 39 min Mənzil aldığına sevinən payçı təmir işləri aparmaq istəyəndə ona məlum olur ki, ev hələ 2008-ci ildə “Hayan E” MMC-nin rəhbəri olmuş Tağıyev Elman tərəfindən Məsimov Səyyar Ələkbər oğlu adlı fiziki şəxsə satılıbmış. Amma illər sonra – 2017-ci ildə Nəsirov Rafiq adlı səlahiyyətli şəxs tərəfindən həmin mənzil yenə Səyyar Məsimova satılıb. Bir gündə iki hüquqi qüvvəsi olmayan sənəd imzalanıb. Şikayətçinin sözlərinə görə, müqaviləyə xitam verilməyib, digəri imzalanıb. Onların istintaq orqanlarından xahişi budur ki, bina Emil Səməndərov və adamlarından alınsın, haqq-ədalət bərpa olunsun. Digər payçı isə 30 min manat ödəyib və 2019-cu ildən mənzilini gözləməkdədir. Onu kimi xeyli sayda ailə oxşar aqibətlə üzləşib. “Proqress 2016” MTK-nın sahibi E.Səməndərov bu minvalla bir mənzili bir neçə şəxsə satıb, indisə azadlıqda gəzir, heç kəsi eşitmir, saymır. Sakinlərin orqanlara və KİV-ə müraciətlərindən sonra məsələnin ictimailəşməsi “Proqress 2016” MTK-nın rəhbərini təşvişə salıb. O, dələduzluqda ittiham olunur və işi ört-basdır etmək üçün dəridən-qabıqdan çıxır. Lakin Bakıda ilk belə tikinti şirkətinin fırıldağı deyil.

İndiyə qədər “GEN” MMC, “Mur-Ay” MMC kimi onlarla şirkət yüzlərlə payçını müflis edib, pulunu mənimsəyib, sahibləri isə 10-12 il azadlıqdan məhrum ediliblər. “Proqress 2016”-dan narazılıq edən vətəndaşlar qeyd edirlər ki, əgər E.Səməndərov oxşar aqibəti yaşamaq istəmirsə, problemi yoluna qoysun. Sakinlər bildirirlər ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi, Abşeron Rayon İcra Hakimiyyəti məlumatlıdırlar.
Sakinlərin dediyinə görə, iş Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində Şəhriyar adlı rütbəli şəxsin nəzarətindədir, onun isə E.Səməndərovla yaxın əlaqəsi var və şirkət rəhbərini bu günə kimi qorumaqdadır. Sakinlər deyirlər ki, Vətən müharibəsi günlərində susublar, problemi qabartmayıblar, Orduya, dövlətə dəstək olaraq bir müddət gözləyiblər.
Şirkət rəhbəri elə adamdır ki, mühafizəçilərlə gəzir, ona yaxınlaşmaq mümkün deyil, qoluzorluları binanın fəhlələrindən də çoxdur.
Ümumiyyətlə, sözügedən şirkətin adı bir sıra qanunsuzluqlarda çəkilir, ittiham olunur. Məsələn, “Proqress 2016” MTK-nın sahibi olan Emil Səməndərov 2018 ilin iyulunda Binəqədi rayon məhkəməsinin hakimi Vüqar Məmmədovun (iş №1(001)-185/2018 saylı) hökmü ilə Cinayət məcəlləsinin 178.2.2. və 178.2.4. maddələr ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilib.
AR CM-in 69.4.-cu maddəsinə görə onun 14 iyun 2017-ci il tarixindən 15 iyul 2017-ci il tarixə qədər saxlandığı 1 (bir) gün müddət alınaraq ona təyin edilmiş cəzanın məbləği azaldılaraq üzərində 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılmışdı. Halbuki məhkəmə artıq dəfələrlə məhkum edilən Emil Səməndərov barədə həbs qəti imkan tədbiri seçməli, həmçinin azadlıqdan məhrum etmə cəzası verməli olduğu halda nədənsə bu qanunları “görməzdən” gəlmişdi. Emil Səməndərov binanın tikintisini başa çatdırmadan 1000-dən çox insana mənzilləri yenidən başqa insanlara satıb. Aldadılmış sakinlər mənzilləri görmək üçün binaya gedərkən Emil Səməndərov və onun adamları tərəfindən hədə-qorxu ilə üzləşiblər. Şikayətçilərin saytımıza dediyinə görə, Xırdalanda tikilən binanı təhvil vermirlər. Narazı vətəndaş Bənövşə Quliyeva deyir ki, “Emil Səməndərov, Kənan və Şəhriyar müəllim gəldilər ki, iki aya pulu qaytaracağıq, neçə ildir ki, vermirlər. Evi satıb kirayələrdə qalmışıq, nəvələrimlə sürünürük. Baş Prokurorluğun qəbuluna gəlmişik ki, bizı köməklik olunsun. Nə ev var, nə pul”.
Şikayətçi Adil Əliyev deyir ki, 2017-ci ildə mənzil alıblar: “Abşeron prokurorluğu dedi ki, gedin başınıza çarə qılın. Dəfələrlə qəbula gəlmişik. Kənan müəllim var, işə baxmırlar. Bizi aldadırlar”. Digər vətəndaşlar da Baş Prokuror Kamran Əliyevdən tədbir görülməsini xahiş ediblər. Video materialı təqdim edirik:

Bütün bu detallarla bağlı MTK rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.
 
 
 

Bölmənin digər xəbərləri

25 May 2025 Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR - FOTOFAKT
25 May 2025 Bakının mərkəzində qalmaqallı söküntü - Video
25 May 2025 Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
25 May 2025 Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
25 May 2025 Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
25 May 2025 Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
25 May 2025 Bakıda ağır beyin əməliyyatı keçirən pasiyentin ölüm xəbəri yaxınlarından gizlədilib? - İDDİA
25 May 2025 "Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Qasımov ona havadarlıq edir ŞİKAYƏT / FOTO
24 May 2025 Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR

Dünyapress TV

Xəbər lenti