Prezident köməkçisinin səfir dostundan növbəti biabırçılıq
Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov sən demə, Prezidentin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyevin dostu imiş. «Burda nə var ki», deməyin. Məsələ burasındadır ki, Zaur Əhmədov bunu bütün diplomatik qaydaları tapdalamaq üçün yetərli səbəb kimi anlayır. Hətta öz dostunun himayəsinə arxayınlaşıb, atdığı bütün addımların Prezidentdən gizli qalacağını düşünür. Bu qənaət isə onu Azərbaycanın adını Avropada rəzil etməkdən belə çəkindirmir.

MediaFakt.com saytının iddialarından belə anlaşılır.

Nəşrin mövzu ilə əlaqədar qələmə aldığı yazını oxucularımızın diqqətinə çatdırırıq.

Azərbaycanın İsveçdəki səfirliyi ilə bağlı daha bir qalmaqallı fakt üzə çıxıb. İsveçli jurnalist Rasmus Kanbakın sosial şəbəkədə fotoşəklini paylaşdığı səfirliyin lövhəsindəki yazılarda ciddi orfoqrafik səhvlərə yol verildiyi məlum olub.

Lövhədə “Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyi“ sözlərində “ı” hərflərinin “i”, kimi yazıldığı, yerlərinin qarışdırıldığı aydın görünür. Buna görə də səfirliyin adı “Azərbaycan Respublikasİnİn Isveç Krallİğİndakİ SəfirlIyi“ kimi oxunur.

Prezident köməkçisinin səfir dostundan növbəti biabırçılıq

İsveçdəki diplomatik təmsilçiliklə bağlı arası kəsilməyən qalmaqallar, rüsvayçılqlar son bir ayda daha da kəskin xarakter alıb. Azərbaycanın bu ölkədəki səfiri Zaur Əhmədovun qeyri-peşəkarlığı, diplomatiya, səfir peşəsinə qətiyyən uyğun gəlməyən davranışları, hərəkətləri tək İsveçin deyil, Avropa mediasının da mövzusuna çevrilib. Azərbaycanın səfiri heç bir diplomat professionallığına, etikasına yaraşmayan şəkildə isveçli jurnalistlərlə sosial şəbəkələrdə söz atışmasına, virtual əlbəyaxaya çıxıb. Nəticədə “Sərhədsiz Reportyorlar” təşkilatı Zaur Əhmədovu jurnalisti qısnamaqda, təqibə məruz qoymaqda ittiham edən bəyanat verib.

Bəyanat İsveçlə yanaşı Fransa, İspaniya və digər Avropa ölkələrinin mətbuatında da yayılıb və jurnalistlərin hüquqlarını müdafiə təşkilatları tərəfindən dəstəklənib. Təşkilatın İsveç nümayəndəliyinin rəhbəri Erik Halkyaer Azərbaycanın səfiri Zaur Əhmədovun davranışını beynəlxalq diplomatiya üçün rüsvayçılıq adlandırıb. Məsələ o həddə çatıb ki, İsveçin xarici işlər naziri Ann Linde də Zaur Əhmədovun hərəkətləri ilə bağlı İsveçin blankspot.se saytına şərhində jurnalistə qarşı təqib və təzyiqin yolverilməz olduğunu deyib. Cavabında diplomatiyanı, göndərildiyi ölkədə səfir kimi dövləti təmsil etmək vəzifəsini küçə dava-dalaşı ilə eyniləşdirmiş Zaur Əhmədov sosial şəbəkədə Ann Linde və isveçli jurnalistləri onu susdura bilməyəcəkləri ilə hədələyib.

Prezident köməkçisinin səfir dostundan növbəti biabırçılıq

Bu qədər böyük miqyasda diplomatik biabırçılqdan sonra da Azərbaycanın səfiri virtual məkanda jurnalistlərlə didişməkdən əl çəkmir. Artıq İsveç jurnalistləri və sosial media istifadəçiləri Zaur Əhmədovun psixikasının sağlam olub-olmaması haqqında şübhələndiklərini də ifadə ediblər.

Bir müddət əvvəl “Ekskluziv Qrup’ və “PenMedia”nın birgə araşdırmasında Zaur Əhmədovun prezidentin köməkçisi Hikmət Hacıyevlə yaxın dost olması və məhz bunu sayəsində İsveçə səfir göndərilməsi barədə məlumat verilmişdi. Yazıda həmçinin vurğulanmışdı ki, səfir, diplomat vəzifəsinə qətiyyən layiq olmayan Zaur Əhmədovun bu səbəbdən də törətdiyi qalmaqallar, yaratdığı problemlər Hikmət Hacıyev tərəfindən ört-basdır edilir. Vəzifəsi bu kimi məsələləri dövlət başçısına məruzə etmək olan Hikmət Hacıyev ya həmin məlumatları gizlədir, ya da təhrif olunmuş şəkildə prezidentə çatdırır.

Xarici işlər naziri Ceyhun Bayramov isə hamıya məlum olan fakt – Hikmət Hacıyevin qorxusundan ümumiyyətlə xarici siyasət, səfirliklərə dair heç bir məsələdə səsini çıxarda bilmir.

Beləliklə də dostunun onun qeyri-peşəkarlığını, səfir kimi öz işini apara bilməməsini prezidentdən gizlətməsindən arxayınlaşan Zaur Əhmədov əndazəni daha da aşaraq böyük diplomatik qalmaqal törədib. Bu barədə məlum araşdırmada əvvəldən xəbərdarlıq edilmişdi. Zaur Əhmədovun misli görünməmiş rüsvayçılıqlar çıxartması, dövləti bütün Avropada biabır etməsinə baxmayaraq hələ də öz vəzifəsində saxlanılması əvvəldən də deyildiyi kimi, yaxın dostu Hikmət Hacıyevin “xidmətidir”.

İsveç mətbuatında çıxan son yazı da bu iki dostun – Hikmət Hacıyev və Zaur Əhmədov ikiliyinin Azərbaycan diplomatiyasına növbəti “töhfəsi” barədə olub. Blankspot.se saytında dərc olunan məqalədə informasiya texnologiyaları mütəxəssislərinin araşdırmasına istinadla onların sosial şəbəkələrdə saxta hesablardan istifadə etməklə xəbər yaymaları üzə çıxarılıb.

Hikmət Hacıyev və Zaur Əhmədov bu qalmaqalları, ölkəni, dövlətin nüfuzuna zərbə vuran əməllərini naqis işləri üzə çıxmış çoxlarının adətən etdiyi kimi erməni kartından istifadə etməklə də pərdələməyə çalışırlar.

Lakin rəhbərlik etdiyi səfirliyin binasındakı lövhənin nə vəziyyətdə olmasından belə xəbərsiz Zaur Əhmədovun isveçli jurnalistləri erməniyə işləməkdə, onlardan pul almaqda günahlandırması çox gülünc görünür. Çünki göz qabağında olan, səfirliyin üzü, siması sayılan lövhəni görməyən və ya görə bilməyən səfirin jurnalistin kimdənsə pul, rüşvət almasını gözüylə görürmüş kimi iddia etməsi qətiyyən inandırıcı sayıla bilməz.

Lövhədə “Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyi“ sözlərində “ı” hərflərinin “i”, kimi yazıldığı, yerlərinin qarışdırıldığı aydın görünür. Buna görə də səfirliyin adı “Azərbaycan Respublikasİnİn Isveç Krallİğİndakİ SəfirlIyi“ kimi oxunur.

Bir neçə ay əvvəl jurnalist Əvəz Zeynallı Xural TV-də Zaur Əhmədovun səfir olduğu nümayəndəlikdə vətəndaşlara konsulluq xidmətini təşkil edə bilməməsi barədə də şikayət səsləndirmişdi. Xural TV-yə yazan şəxs hətta İsveçin miqrasiya xidmətinin də Azərbaycan səfirliyinin fəaliyyətsizliyindən, yarıtmazlığından narazılığı barədə məlumat vermişdi.

Normal ölkələrdə bu qədər rüsvayçılıq çıxardan, diplomatiyadan, səfirliyin nə demək olduğundan xəbərsiz Hikmət Hacıyev, Zaur Əhmədov kimilərini nəinki vəzifəyə, heç dövlət idarələrinin qapısına yaxın buraxmazdılar. Lakin Azərbaycanda tüğyan edən məlum dostbazlıq və qohumbazlıq, vəzifələrə bu meyarlara görə təyinatlar çoxlarının layiq olmadıqları yerləri tutmalarını adiləşdirib. Bu yaxınlarda mətbuatda həyat yoldaşını SOCAR-da yüksək vəzifəyə təyin etdirməsi üzə çıxan Hikmət Hacıyevin diplomatın necə işləməli olmasından xəbərsiz dostu Zaur Əhmədovu da səfir göndərtdirməsi tam təbiidir.

Hikmət Hacıyev, Zaur Əhmədov kimilərinin vəzifədə olmalarının nəticəsidir ki, Azərbaycan diplomatiya sahəsində uğur, etibarlı sülh əldə edə bilmir. Başqa ölkələrlə, xüsusilə qərb dövlətləri ilə münasibətləri isə daha da mürəkkəb, ziddiyyətli xarakter alır. Dövlətin beynəlxalq sahədə mənafelərinə ciddi ziyan dəyir.

Azərbaycan hakimiyyətində mövcud olan, xalqın, dövlətin mənafelərini düşünən, əsl vətənprərvər məmurlar Hikmət Hacıyev maneəsini aşaraq belə məsələlər barədə prezidentə düzgün məlumat çatdırmalıdırlar. Bu, baş verməyincə, lazımi tədbirlər görülməyincə Azərbaycan beynəlxalq səhnədə oxşar problemlərdən böyük ziyanlar çəkməkdə davam edəcək.

MEDİAFAKT.com

Bölmənin digər xəbərləri

26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."

Dünyapress TV

Xəbər lenti