“Bakı Metropoliten”in işçilərini bağında işlədən kimdir? –
Bir neçə gün öncə Sevil Xanbabayeva adlı qadın sosial şəbəkələrdə Bakı metropoliteniylə videomüraciət yayaraq bir sıra ittihamlar səsləndirmişdi.

Qlobal.az xəbər verir ki, özünü Bakı Metropoliten QSC-nin Ulduz stansiyasında xadimə kimi çalışdığını bildirən S.Xanbabayeva metropolitenin işçilərinin Rafail adlı şəxsin bağında qanunsuz işlədiyini bildirirdi.

Bakı Metropoliten QSC barəsində bir sıra ittihamlar səsləndirən Sevil Xanbabayevanın iddialarından biri də qurumun əxlaqsızlıq yuvasına çevrilməsi idi.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məsələ ilə bağlı mətbuata açıqlama verərək həmin qadının metropolitenin əməkdaşı olmadığını bildirib:

“Videomüraciəti etmiş şəxs Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı deyil. Onun metropoliten haqqında dediyi ifadələrin hər hansı bir əsası yoxdur. Qadının videomüraciətdə dediyi kimi, o, metropolitendə stansiyaların birində təmizlik işləri ilə məşğul olub. Metropolitendə təmizlik işlərini müvafiq tenderdə qalib gəlmiş TAİS şirkəti icra edir. Bu qadın da yəqin ki, həmin şirkətin işçisidir. Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq, şirkətlə müqavilə imzalanıb və müqavilə öhdəliklərinə uyğun işlər icra olunur”.

Mətbuat xidmətinin rəhbəri S.Xanbabayevanın metropolitenin əxlaqsızlıq yuvasına dönməsiylə bağlı iddialarına da münasibət bildirib:

“Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlıq etdiyi hər hansı bir qurumun daxili kadr, insan resursları siyasəti və digər məsələlərə qarışması istər qanunvericilik, istərsə də hüquqi, etik normalar baxımından hər hansı bir səlahiyyəti yoxdur. Əldə olunmuş bu videogörüntü də araşdırılması üçün TAİS şirkətinə göndərilib. Bununla bağlı şirkət metropolitenin heç bir müdaxiləsi olmadan, müstəqil şəkildə araşdırmasını aparacaq. Qadın metropolitenin əxlaqsızlıq yuvasına dönməsi barədə dediklərini isə əsaslandırmalıdır. Əsaslandırmayıbsa, bu, başqa məsələdir”.

Qeyd edək ki, Bakı Metropoliten QSC-nin təmizlik işlərini “TAİS İKF” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirir.

Bakı Metropoliten QSC ilə “TAİS İKF” MMC-nin əməkdaşlığı 2019-cu ildən indiyədək davam edir.

Metropoliten ilə “TAİS İKF” MMC arasında 2019-cu ilin noyabr ayında “Bakı Metropoliteni QSC-nin stansiyalarında təmizlik işləri” lotu üzrə 1.999.994 manatlıq, 2020-ci ilin yanvar ayında “”Bakı Metropoliteni” QSC-nin stansiyalarında təmizlik işləri xidmətinin satın alınması” lotu üzrə 1.999.994 manatlıq, 2020-ci ilin may ayında “”Bakı Metropoliteni” QSC-nin infrastruktur obyektlərində yerləşən bina, qurğu və avadanlıqlarının təmizlənməsi işlərinin satın alınması” lotu üzrə 1.001.445
manatlıq müqavilə imzlaanıb.

QSC ilə MMC arasında təmizlik işlərinə görə bağlanan müqavilələrin ümumi dəyəri 5.001.433 manat təşkil edir.

“Tais İKF” MMC 1994-cü ildə təsis edilib. MMC-nin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur.

“Tais İKF” MMC iddialara münasibət bildirməyib.
 
 
 

Bölmənin digər xəbərləri

25 May 2025 Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR - FOTOFAKT
25 May 2025 Bakının mərkəzində qalmaqallı söküntü - Video
25 May 2025 Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
25 May 2025 Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
25 May 2025 Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
25 May 2025 Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
25 May 2025 Bakıda ağır beyin əməliyyatı keçirən pasiyentin ölüm xəbəri yaxınlarından gizlədilib? - İDDİA
25 May 2025 "Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Qasımov ona havadarlıq edir ŞİKAYƏT / FOTO
24 May 2025 Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR

Dünyapress TV

Xəbər lenti