Prezidentin Fərmanını tərsinə anlayan nazir -
Şəkildə gördüyünüz bu adamı tanıdınızmı?

Yəqin ki, yox. Amma bu gedişlə deyəsən Rafael Əliyev Rza oğlu adlı bu adamı təkcə siz yox, bütün Azərbaycan tanıyacaq. Hələlik isə onun barəsində ilkin məlumatı bizdən öyrənə bilərsiniz.

Rafael müəllim Naxçıvan MR Maliyyə naziri vəzifəsində çalışır. 2020-ci ilin 19 avqust tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, daha yığcam şəkildə desək, Naxçıvan «xan»ı Vasif Talıbovun Fərmanı ilə indiki vəzifəsinə gətirilib. Bundan əvvəl isə o, Naxçıvan Gömrük Komitəsinin maliyyə xidmətinin rəisi olub. Görünür, gömrük sistemində yaratdığı xariqələr «qibleyi-aləm»in o qədər xoşuna gedib ki, «xan» həzrətləri Naxçıvanın bütün maliyyə işini bu adama həvalə edib. Rafael müəllim də sağ olsun, Vasif «xan»ın ona bəslədiyi etimadı tam doğruldub. Məhz Rafael müəllimin qeyri-adi, daha dəqiqi, fövqəladə istedadı nəticəsində Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin cəmi 22%-ni toplamaq potensialını bir az da aşağı endirib. Halbuki, Prezident İlham Əliyev 2019-cu ilin 19 noyabrında Naxçıvan «xan»ı Vasif Talıbovu qəbul edərkən, ona yerli büdcəni yetərincə doldurmamasını irad tutaraq, mədəni şəkildə danlaq vurmuşdu. Prezident həmin görüşdə demişdi:

«Əlbəttə ki, Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik. Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın».

Görünür, İlham Əliyevin «Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı» sözlərindən məsti-xumar olan «xan» həzrətləri əslində bu sözlərin altında mədəni danlaq yatdığını 10 aydan sonra (böyük ehtimalla biz yazdıqdan sonra) anlamış və Maliyyə Nazirliyində əsaslı dönüşlər yaratmaq üçün Rafael Əliyevi gömrükdən çıxarıb indiki vəzifəsinə gətirmişdi. Rafael Əliyev də gömrükdəki əsrarəngiz təcrübələrinə əsaslanaraq dağı dağ üstünə qoymuşdu. Məhz Rafael Əliyevin qabiliyyəti sayəsində 2022-ci il üçün Naxçıvana ayrılan dotasiya 14 faiz artaraq 431.6 milyon manat təşkil etmişdir. Bu isə 2021-ci il üzrə hökumətin verdiyi proqnozdan 53.47 milyon manat artıq vəsait demək idi.

Rafael Əliyevin Azərbaycan Prezidentinin qərar və tapşırıqlarının tərsinə hərəkəti bununla da bitmir. Bu ilin may ayının 3-də MR Maliyyə Nazirliyindən redaksiyamıza daxil olan şikayət məktubunda bildirilirdi ki, yeni nazir ümumiyyətlə Prezident Fərmanını hesaba almır. Belə ki, Prezident İlham Əliyevin 1 mart 2022-ci il tarixli 1616 nömrəli fərmanına əsasən, vergi orqanlarının vəzifəli şəxslərinin aylıq vəzifə maaşına 1 misli həcmində əlavə müəyyən edilməli idi: “Lakin imzalanmasının üzərindən aylar keçməsinə baxmayaraq bu fərman hələ də Muxtar Respublika ərazində icra olunmur. Fərmanın icra olunmamasının səbabkarı isə Naxçıvan MR maliyyə naziri Rafael Əliyevdir”, - deyə şikayət məktubunda bildirilirdi.

Vasif «xan»ın tapşırıqlarını Prezident İlham Əliyevin Fərmanlarından üstün tutan Rafael Əliyevin ən uğurlu siyasəti isə nazirlik əməkdaşlarını ruhları belə incimədən işdən çıxarmaq keyfiyyəti ilə əlaqədardır. Redaksiyamıza göndərilən son şikayət məktubuna görə, Rafael Əliyev nazir təyin olunandan bəri keçən 2 il müddətində 20-dən artıq əməkdaşı işdən çıxarıb.

Onların siyahısını təqdim edirik:

1.Orxan Abbasov,

2.Qənbər Xudiyev,

3.Pərviz Babayev,

4.Xaqani Vəliyev,

5.Tural Nəcəfzadə,

6.Islam Qulam,

7.Huseyn (soyadını öyrənmək mümkün olmadı),

8.Akif (soyadını öyrənmək mümkün olmadı),

9.Safura (soyadını öyrənmək mümkün olmadı),

10.Məxmər (soyadını öyrənmək mümkün olmadı),

11.Aygün (soyadını öyrənmək mümkün olmadı),

12.Cəmilə (soyadını öyrənmək mümkün olmadı),

13.Samirə Ismayılova (soyadını öyrənmək mümkün olmadı),

14.Röya Kərimova (soyadını öyrənmək mümkün olmadı),

15.Narzadə Məmmədzadə,

16.Nərmin Məmmədli,

17.Süleyman Həsənov,

18.Azad Əliyev,

19.Zulfiyyə (soyadını öyrənmək mümkün olmadı),

20.Tofiq (soyadını öyrənmək mümkün olmadı),

Və digərləri

Deyəsən, Rafael Əliyev Muxtar Respublikanın büdcəsini yerli imkanlarla daha artıq doldurmağın yolunu insanları səbəbsiz yerə işdən çıxarmaqda görürmüş.

Soruşa bilərsiniz ki, hansı məntiqə əsaslanıb Rafael Əliyevin adının yaxın günlərdə məşhuri-cahan olacağını irəli sürürük? Məsələ burasındadır ki, aldığımız məlumata görə, paytaxtın müaviq orqanlarından Naxçıvana yollanan təftiş komissiyası Muxtar Respublikada ciddi yoxlamalara başlayıb. Yoxlanılan idarələr arasında Rafael müəllimin hazırda külüng vurduğu Maliyyə Nazirliyi də, əvvəllər rəhbərlik etdiyi Gömrük Komitəsinin Maliyyə xidməti də var. Muxtar Respublikanın hər iki qurumu isə xirtdəyə qədər korrupsiyanın içindədir. MR-də yoxlanışlar ədalətli aparılsa, bir çoxları kimi Rafael ƏIliyevi də uzun müddətli «istirahət» gözləyir. Azərbaycanda məcburi «istirahət»ə göndərilən şəxslər barədə isə adətən müvafiq qurumlar geniş rəsmi məlumatlar tirajlayırlar. Beləcə, bu zamana qədər papaq altında yatan məmurlar məşhuri-cahan olurlar. Baxmayaraq ki, bu məşhurluğa el dilində bəzən rüsvayi-cahan da deyirlər.
Ovqat.com
 

Bölmənin digər xəbərləri

25 May 2025 Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR - FOTOFAKT
25 May 2025 Bakının mərkəzində qalmaqallı söküntü - Video
25 May 2025 Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
25 May 2025 Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
25 May 2025 Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
25 May 2025 Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
25 May 2025 Bakıda ağır beyin əməliyyatı keçirən pasiyentin ölüm xəbəri yaxınlarından gizlədilib? - İDDİA
25 May 2025 "Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Qasımov ona havadarlıq edir ŞİKAYƏT / FOTO
24 May 2025 Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR

Dünyapress TV

Xəbər lenti