Sosial şəbəkədə 161 saylı orta məktəbin direktorunun tədbirdə şəhidlərin ruhunu yad etmək üçün 1 dəqiqəlik sükut zamanı ayağa qalxmaması ilə bağlı video yayılıb. Məsələ ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtdakı 161 nömrəli tam orta məktəbdəki tədbirdə şəhidlərin xatirəsi anılan zaman direktor və yanında əyləşən şəxslərin ayağa qalxmaması ilə əlaqədar yayılan videogörüntülərlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.
Qeyd edilib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.