Dövlətin hərbi tibb müəssisələri necə “özəlləşdirilib”? -
Hərbi pensiyaçıların hərbi tibb müəssisələrində müalicələrinə qadağa qoyulması qanunsuzdur
Dövlətin hərbi tibb müəssisələri necə “özəlləşdirilib”?
Bu ildən hərbi pensiyaçıların, qazi və şəhid ailələrinin hərbi tibb müəssisələrində müalicəsinə, belə demək mümkünsə, süni qadağa qoyulub. Tibb müəssisələri “qadağa”nın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin qoyduğunu bildirir. Agentlik yalnız dövlət tibb müəssisələrində sığortalı əsasla ödənişsiz müayinə və müalicənin mümkünlüyünü diqqətə çatdırıb, özəl tibb müəssisələrinə də göndəriş verilməsini vurğulayır. Bu bilgi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında yerləşdirilib. Maraqlıdır, sözügedən saytda hərbi tibb müəssisələri özəl tibb müəssisələri kimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb qurumları kimi göstərilir. Axı dövlətin hərbi tibb müəssisələrini kim, necə və nə vaxt özəlləşdirib?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısında DİN Tibb xidmətinin tabeliyində olan A. N. Heydərov adına Respublika Hospitalı səkkizinci yerdədir. Lakin sözügedən Agentlik, tabeliyindəki TƏBİB, ərazi poliklinikaları DİN hospitalına göndəriş verməkdən imtina edir, hospital isə DİN -in tibbi uçotunda olan Qarabağ qazilərinin belə müalicəsinin göndərişsiz mümkün olmadığını vurğulayır. Beləcə müalicəyə ehtiyacı olan hərbi pensiyaçılar , qazilər, şəhid ailələri bürokratik “həkimlik” qarşısında müalicə, sağlamlıq hüquqlarından məhrumdurlar.
Qanunvericilik bəs nə deyir? “Hərbi qulluqçuların statusu haqqında” 25.12.1991-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13.6 maddəsinə görə, yaşına, xəstəliyə, ştatların ixtisarına , ailə vəziyyətinə görə ehtiyata və istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlər və miçmanların , habelə onların ailə üzvlərinin (arvadının və 16 yaşınadək uşaqlarının) , vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi tibb müəssisələrində TİBBİ TƏMİNAT, SANATORİYA-KURORT MÜALİCƏSİ VƏ İSTİRAHƏT HÜQUQU SAXLANILIR.
Göründüyü kimi, qanunvericilik hərbi pensiyaçıların, qazi və şəhid ailələrinin hərbi tibb müəssisələrində tibbi təminat hüququnu təsbit edir -doğrulayır. Belədə mərkəzi, yerli icra hakimiyyəti orqanı statusunda olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin qanuna qadağa qoyması , hərbi tibb müəssisələrini “özəlləşdirməsi” bir yana, hərbi tibb müəssisələrinin də bu qanunsuzluğa boyun əyməsi yolverilməzdir. Ana Qanun – Azərbaycan Respublikasının Konstitusiyası bu yolverilməzliyi diqtə edir. Nə yazıq, hələ də hərbi pensiyaçılar qanunla, Konstitusiya ilə təminat verilən sağlamlıq müalicə hüquqlarından məhrumdurlar.
Qanunvericilik hərbi pensiyaçıların birbaşa hərbi tibb müəssisələrinə müraciət etməklə müayinə və müalicə olunmalarına haqq verir. Əvvəllər olduğu kimi. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB -in hərbi pensiyaçıların müalicəsinə qanunsuz qadağa qoymasına son qoymaq görəvi isə hökumətin üzərinə düşür.
Məğrur Bədəlsoy
 

Bölmənin digər xəbərləri

26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."

Dünyapress TV

Xəbər lenti