"Üstü bəzək, altı təzək" təhsil siyasəti... -
Binə rayonunun Atçılıq yaşayış massivində uzaqdan möhtəşəm görünən bir təhsil ocağı var - 292 saylı orta məktəb. Məktəb Heydər Əliyev Fondu tərəfindən inşa olunub. Çox gözəl binası, həyətində quraşdırılmış günəş panelləri və külək turbinləri var. Bu isə o deməkdir ki, məktəbdə təhsil alan şagirdlə təkcə yeni texnologiyalarla işıqlandırılan siniflərdə oxumayacaqlar, həm də bir sıra dəqiq elmlərdə öyrəndiklərinin necə işlədiyini əyani şəkildə öz həyatlarında görəcəklər. Təbii ki, bu ortamda böyüyən yeni nəslin gələcəyin ən böyük dühaları olmaması üçün heç bir səbəb yoxdur.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-09_1663648771_1.jpg
Yəqin ki, bu şəkilləri görüncə siz də mənim kimi düşündünüz. Amma sevinməyə, xoşbəxtlikdən göyə hoppanıb düşməyə tələsməyin. Sən demə, bütün bu görünənlər məktəbin zahiri görünüşüdür. Daxili görünüşünə gəlincə, qısaca olaraq bunu deyə bilərəm: bu məktəbə çox bel bağlamayın. Burda nəinki XXI əsrin Eynşteyni, Keplepi, Fərabisi, İbn Sinası, heç bizim məhəllənin JEK müdiri də çıxa bilməz. Səbəbinimi soruşursunuz? Bu dəqiqə ərz edim: çünki bizim məhəllənin JEK müdiri də pis-yaxşı hansısa donqili məktəbdə dərs keçib. Eynilə Naxçıvan MR Daxili İşlər naziri Rəşad İsmayılov kimi, heç olmasa Ali Diplomatiya kolleci kimi adı böyük, özü kiçik bir məktəb qurtarıb. 292 saylı orta məktəbin şagirdləri isə ümumiyyətlə dərs keçmirlər.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-09_1663648771_2.jpg

Bəli, bəli, düz eşitdiniz. Məktəbdə oxuyan şagirdlərin valideynlərinin redaksiyamıza göndərdiyi məktubda belə deyilir. Valideynlərin iddiasına görə, bu məktəbdə yalnız ibtidai sinif müəllimləri var. Onlar da təbii ki, uşaqlara uzaqbaşı hərfləri yazmağı, rəqəmləri üst-üstə gəlməyi və bir-birinə vurmağı öyrədirlər. 5-cü sinifdən yuxarılar üçün isə əməlli-başlı müəllim qıtlığı yaşanır. Məhz bu səbəbdən uşaqlar dərsə gedib yarım saatdan sonra evə qayıdırlar. Məktəb rəhbərliyi onlara bu gün dərs olmayacağını deyib evə göndərir. Məntiqlə,292 saylı orta məktəbdə yaşanan bu biabırçılıq davam etdikcə, onun şagirdlərinin bilgi dağarcığının ibtidai sinif səviyyəsini keçə bilməsi də mümkün görünmür. Bu bilgi dağarcığı ilə isə XXI əsrin Eynşteyni olmağa ümid bağlaya bilməzsən.

1663648768_5.png
1663648769_4.png
1663648770_3.png
Maraqlıdır ki, bu il açılan məktəbin uzaqdan möhtəşəm görünüşü yerli sakinlərin də diqqətini cəlb etmiş və onlar gələcəyin dühaları arasında öz övladlarını da görmək üçün əməlli-başlı yarışa başlamışdılar. Məktəbə tələbat o qədər böyük olmuşdu ki, müdiriyyət müraciət edənlərin hamısını qeydiyyata almağa macal tapa bilməmiş və problem Respublika mediasının da diqqət ayırdığı ən mühüm məsələyə çevrilmişdi. Xəzər TV-nin 1 ay bundan əvvəl hazırladığı reportajda bildirilir: «Paytaxtın Xəzər rayonu, Binə atçılıq massivində yaşayan bəzi sakinlər övladlarını yeni istifadəyə verilən 292 saylı məktəbə elektron qaydada qeydiyyatdan keçirə bilmirlər. Valideynlər iddia edirlər ki, məktəb rəhbərliyi tərəfindən onlara yerlərin dolduğu deyilir.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2022-09_1663648771_1.jpg
Xəzərxəbər.az xəbər verir ki, valideynlər bu təhsil ocağının evlərinin yaxınlığında olduğuna görə uşaqlarının digər məktəblərdə təhsil almasını istəmirlər.

Bakı Şəhər üzrə Təhsil İdarəsindən isə bildirilir ki, yeni inşa olunmuş 292 nömrəli tam orta məktəb 1890 yerlikdir. 2022–2023-cü təhsil ili üçün məktəbdə 77 sinif komplekti açılıb. Hazırda qeyd olunan siniflər üzrə 1880 şagird qəbul olunub. Vurğulanıb ki, vətəndaş müraciətləri nəzərə alınaraq həmin məktəbdə əlavə sinif komplektinin açılması imkanları araşdırılır».



Deyəsən, Azərbaycan Elm və Təhsil Nazirliyi məktəb deyəndə sadəcə içi boş sinif otaqları nəzərdə tutur. Məktəblərin yetərli müəllim kollektivi yoxdursa və şagirdlər məhz bu səbəbdən dərsə belə getmirlərsə, yeni komplekslərin tikilməsinə nə ehtiyac var? Görünür, mətbuata verdiyi müsahibələrdə «Səmimi olaraq qeyd edim ki, Azərbaycanda təhsilin keyfiyyəti aşağıdır» deyən Elm və Təhsil naziri Emin Əmrullayev problemin həlli yolunu tapıb. İndi onun həyata keçirdiyi siyasət «aşağı təhsildənsə ümumiyyətlə dərslərin keçirilməməsi daha yaxşıdır» məntiqinə əsaslanır və bu prinsip ilk öncə Heydər Əliyev Fondunun hesabına tikilən məktəblərdə sınaqdan çıxarılır.

Bərəkallah, Emin müəllim, siz bu məntiqinizlə hələ çox uzaqlara gedəcəksiniz. Nə bəlli olar, bəlkə günlərin birində İqtisadiyyat naziri də ola bilərsiniz.

Heydər Oğuz,
Ovqat.com
 
 
 

Bölmənin digər xəbərləri

28 May 2025 DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ RÜŞVƏTXORLUQ BAŞ ALIB GEDİR - Qurumun əməkdaşı şok faktları açıqladı
28 May 2025 1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidov vətəndaşları dövlətə qarşı necə qaldırır? - ŞOK DETALLAR
28 May 2025 Sahib Məmmədovun özünəməxsus kadr oyunları… – AHİK-də nələr baş verir?
28 May 2025 100 nömrəli məktəbdə rüşvət və hədə-qorxu qalmaqalı - TƏFƏRRÜAT
28 May 2025 DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib - bu nə düşüncədir, nə idarəetmədir?
28 May 2025 İki şirkətə satılan ərazi qalmaqalı: “Siz heç bilirsiniz bunu kim tikir?" - FOTO/VİDEO
27 May 2025 Bakıda məktəbdə QALMAQAL VİDEO
27 May 2025  62 saylı məktəb-liseydə nələr baş verir - İLGİNC İDDİALAR
27 May 2025 Bakının bu məktəbinin direktoru ilə bağlı inanılmaz FAKT - 28 ildir…
27 May 2025 Bitməyən qeysəriyyə “qətliamı” - daha üç körpə yetim qaldı
27 May 2025 Ağstafada məktəbdə dava: 1 şagirdin qolu sındı - Jurnalistləri rəhbərlik qapıdan qovur
27 May 2025 `AZƏRSU`da hələ də köhnə yeyintidir: `EREN` şirkəti elə əvvəlki kimi yeyir - BÜDCƏMİZ BELƏ DAĞIDILIR...
26 May 2025 AYNA-nın ÇİRKLİ ÜZÜ... - BU FAKTDIR...
26 May 2025 Belə bir ovqatda olan icra başçısı... - Çətin vətəndaşın halından anlasın...
26 May 2025 “Canişin”in ən ağıllı məsləhəti və çözüm təklifi FOTO
25 May 2025 Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR - FOTOFAKT
25 May 2025 Bakının mərkəzində qalmaqallı söküntü - Video
25 May 2025 Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
25 May 2025 Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
25 May 2025 Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir

Dünyapress TV

Xəbər lenti