Vasif Talıbov Naxçıvan Diaqnostika Mərkəzinə ƏL QOYDU -
Naxçıvan Diaqnostika Mərkəzinin ucuz qiymətə Nəqşicahan Med MMC-yə satıldığı bildirilir.

Bu haqda "Gündəlik Naxçıvan"a mərkəzdə çalışan əməkdaşlar məlumat verib. Onların sözlərinə görə, artıq bir neçə gündür ki, gizli şəkildə aparılan təhvil-təslim işləri başa çatıb.

Diaqnostika mərkəzini alan Nəqşicahan Med MMC-nin yerli hakim ailə Talıbovların nəzarətində olduğu bildirilir. MMC-nin Naxçıvanda əsasən dərman monopoliyasına nəzarət etdiyi haqda iddialar var.

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən əməkdaşlardan birinin dediyinə görə, on milyonlarla dəyəri olan mərkəz, Nəqşicahan Med-ə cəmi yüz min manata satılıb:

"Hər kəsə qəti tapşırılıb ki, əldəyişmə haqda heç yerdə danışılmasın. Bunlar gələndən qaydalar sərtləşdirilib, işçilərdən ciddi rejim tələb olunur. Deyilənə görə, bura Vasif Talıbovun qızı nəzarət edəcək. Təxminən bir aydır ki, təhvil-təslim işləri gedirdi. Deyirdilər ki, hansısa hüquqi prosedur mane olur, onu yoluna qoymaq istəyirlər. Bir neçə gündür ki, deyirlər həll bu da olunub".

Avqustun 15-də Naxçıvan MR Nazirlər Kabinetinin qərarı ilə “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin yeni Nizamnaməsi və strukturu təsdiq edilib. Bu qərarın məhz mərkəzin Nəqşicahan Med-ə ötürülməsi üçün hüquqi əsas yaradılması üçün qəbul olunduğu bildirilir.

Naxçıvan Diaqnostika Mərkəzi 2007-ci ildə dövlət büdcəsi hesabına tikilib. Müasir avadanlıqlarla təchiz olunmuş mərkəzin neçəyə başa gəlməsi ilə bağlı rəsmi məlumatlara rast gəlinməsi də, onun dəyəri on milyonlarla manat hesablanır. Sonradan, 2018-ci ildə Naxçıvan Ali Məclis sədri Vasif Talıbovun sərəncamı ilə mərkəz, publik hüquqi şəxs statusu alıb.

Mərkəzin son vaxtlar satışa çıxarılması ilə bağlı da heç bir rəsmi məlumata rast gəlinmir.
 
 

Bölmənin digər xəbərləri

08 Aprel 2025 Məktəbə yoxlama gəldi, direktor isə... - İLGİNC İDDİALAR
08 Aprel 2025 Binəqədidəki özbaşınalığın arxasında KİM DAYANIR? - İLGİNC
08 Aprel 2025 Xəzəri kim məhv edir? - Xəzərin suyunun çəkilməsi gizlinləri üzə çıxardı VİDEO
08 Aprel 2025 Qağaməli Seyfullayevdən Prezidentə şikayət - İTTİHAM VAR...
08 Aprel 2025 Bir ildə 3.6 milyonluq tender udan şirkətin BDU-nun rektoru ilə nə əlaqəsi var? - İLGİNC FAKTLAR...
08 Aprel 2025 Əcəmi metrosunda 12 min manatlıq ağac qətliamı edən iş adamı kimdir? – VİDEO
07 Aprel 2025 Gəncədə erməni raketinin zədələdiyi evlərin pulları mənimsənilib - Arxitektura Komitəsi gəncəliləri aldadır-FOTO
07 Aprel 2025 Bakıda məktəb direktoru övladına dəbdəbəli toy çaldırdı-Ulduzlar axın etdi- FOTOLAR
07 Aprel 2025 Emin Əmrullayev və Ədalət Muradov arasında nə baş verir? – “Tələbələr hansısa mübahisələrin predmetinə, alətinə çevrilməli deyillər”
07 Aprel 2025 Əvəz Qocayev gedir, sədrlik arzusu gözündə qaldı: Saleh Məmmədovun yerinə kim gəlir?
07 Aprel 2025 Sabiq gömrük şefləri Aydın Əliyev və Səfər Mehtiyevin Azərbaycandan çıxardığı milyonların izi ilə…
07 Aprel 2025 Nəsimi rayonunda "YAŞIL TERROR" davam edir
07 Aprel 2025 Rövşən Rüstəmovun işçiləri ÖZBAŞINA QALIB... - Hətta naziri belə eşitmirlər...
07 Aprel 2025 "Sumqayıt" MMC ağacları kəsdi, ərazini hasarladı-Qanunsuz tikinti aparılacaq?- Video
07 Aprel 2025 Göyçayda Dövlət Məşğulluq Agentliyi "Vəzifə saxtakarlığı"na yol verilmişdir
07 Aprel 2025 Nərimanovda camaatın evini başına uçurlar: BAŞÇI QEYBƏ ÇƏKİLİB - AAYDA "dövlət çətiri" altında özbaşınalıq edir
06 Aprel 2025 Nazirliyin buralardan XƏBƏRİ YOXDUR... - GÖRÜNƏNİ BUDUR...
06 Aprel 2025 AAYDA-nın 'QARA KASSASI' həbsə gedir - GÖZLƏNTİ
06 Aprel 2025 "Abidin Fərzəliyev icra başçısı təyin olunanda fikirləşdik ki, hər şey yaxşı olacaq, amma..." - "...qazanıb yediyin o pullar haramınız olsun!"
05 Aprel 2025 ŞOK: İcra hakimiyyətində RÜŞVƏT ŞƏBƏKƏSİ... - ADLAR AÇIQLANDI: Kim... nə qədər alır?

Dünyapress TV

Xəbər lenti