“Xocalı” futbol klubunun direktoru valideynin imzasını necə saxtalaşdırılıb? - İLGİNC
Ölkə futbolunun problemlərindən danışan istənilən şəxs ilk növbədə uşaq futboluna, orda yaşanan çatışmazlıqlara toxunur, bu sahədə çalışan bəzi məşqçilərin özbaşınalığını qabardır.

Dünən redaksiyamıza məktubla müraciət edən valideyn də vaxtilə övladının məşqçisi olmuş “Xocalı” klubunun çalışdırıcısı İlkin Hacıyevdən narazılıq edir:

“Hörmətli redaksiya, mən 2017-ci ilin aprel ayından övladım Həsənov Yusif Elman oğlunu Abşeron rayon Masazır qəsəbəsində fəaliyyət göstərən “Əlincə” futbol məktəbinə yazdırmışam. Məqsədim övladımın gələcəkdə futbolçu kimi formalaşması idi. Əlbəttə, bu illər ərzində özüm də məşqlərdə iştirak edir, izləyirdim. Təbii ki, hər ay 50 manat ödəniş etməklə yanaşı, fərdi məşqlərə də 150-200 manat ödəyirdim. Bunun müqabilində mənə heç bir qəbz verilməmişdi. Nəhayət, 2019-cü ildə klub adını dəyişərək “Xocalı” oldu. Yenə də eyni qaydada ödəniş edib, məşqlərə qatılırdıq. Bundan əlavə, regionlara yoldaşlıq görüşlərinə getmək üçün əlavə ödəniş edilirdi. “Xocalı”nın direktoru İlkin Haciyev valideynlərə bildirdi ki, uşaqları mütləq Qəbələyə aparmalıdı.

Bunun üçün bütün xərcləri valideynlər üzərinə götürməlidi. Məcburiyyət qarşısında deyilən təkliflə razılaşdıq. Nəhayət, uşaqlarla birgə Qəbələ rayonuna yola düşdük. İlkin Haciyev bilərəkdən 12 yaşlı uşaqlara qadağan olunan “Red Bull” içkilərindən verirdi. Valideyinlərə isə onun işinə qarışmamağı məsləhət görürdü. Bu barədə ölkə mətbuatında yazılar dərc olundu, baş məşqçinin bu addımı ictimaiyyət tərəfindən qınandı. Lakin aidiyyatı qurumlar susmağa üstünlük verdi. Həmin ərəfədə uşaqların qarınağrısından necə əziyyət çəkdiyini, sadəcə, görmək lazım idi. İlkin Haciyevin yalvarışından sonra biz valideynlər məsüliyyəti üzərimizə götürdük. Klub direktorunun ən böyük biabırçılığı bayrağımıza qarşı oldu. Yenə də “direktor” məsüliyyətdən yayınmağı bacardı.

1660978107_2.jpg
Hörmətli redaksiya, mənim “Xocalı” FK ilə heç bir müqaviləm yoxdu. İşimlə bağlı Qəbələ rayonuna köçdüyüm üçün övladım eyniadlı klubun müvafiq yaş qrupunda məşqlərə çıxır. İlkin Haciyev imzamı saxtalaşdıraraq 2023-cü ilə qədər onunla müqaviləm olduğunu iddia edir. Bunun üçün məndən 3000 manat tələb edir. Sonradan məlum oldu ki, bu şəxsin bütün uşaqlara qarşı aqressivliyi var. Mənə məlum olmayan məsələ ondan ibarətdi ki, aylıq 50, fərdi məşqlərə 200 manat ödədiyim halda, klub 3000 manatı necə tələb edə bilər? İnsan alveri ilə pul qazanmaq və onu şirin-şirin qəbul etmək insanlığa yaraşmayan işdi. Sizdən xahiş edirəm ki, yazdığım şikayət ərizəsini məktub formasında aidiyyatı qurumlara göndərəsiz. Əvvəlcədən təşəkkür edirəm”.

Məsələ ilə bağlı Elman bəyin ittiham etdiyi “Xocalı”nın direktoru İlkin Hacıyevə də tribuna verdik. Hacıyev qarşı tərəfin iddiaları ilə razılaşmadı və məsələnin AFFA səviyyəsində həll olunmasını istədiyini bildirdi:

“Valideyn məni müqaviləni saxtalaşdırmaqda ittiham edirsə, ortada sənəd var. Və həmin sənədin qeydiyyatdan keçdiyi AFFA. Lazımdısa, assosiasiyanın bazasından həmin imzalı sənədi ortaya çıxarıb kimin haqlı, kimin haqsız olduğunu sübut etmək olar. Qanun qarşısında hamımızın boynu qıldan incədi. Biz tərəfdən qanunsuzluğa, saxtakarlığa yol verilibsə, cəzamızı çəkməyə hazırıq. Ancaq yenə deyirəm, heç bir saxtakarlıqdan söhbət gedə bilməz. “Qəbələ”nin baş meneceri Nail Kərimovla danışığımın səsyazısı var. Onu da sizə təqdim edirəm (səsyazsını təqdim etdi). Özünüz dinləyin və görün bizim aramızda nə danışıq olub”.

Hər iki tərəfin mövqeyini öyrəndik. Bu məsələdə kimin düz, kimin səhv olduğunu yəqin ki, AFFA və yeri gələrsə, hüquq-mühafizə orqanları aydınlaşdıracaq. Ancaq ortada qalan azyaşlı, gələcək üçün perspektiv vəd edən potensiallı uşaqdı. //REALMEDİA.AZ//
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT

Dünyapress TV

Xəbər lenti