Goranboyun icra başçısının MARAĞI NƏDİR Kİ?.. - TOTAL NARAZILIQ
Goranboy rayonu Səfikürd kəndinin Qaş məhəlləsi sakinlərinin ölkə rəhbərliyinə kollektiv müraciəti ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bizim yaşadığımız Goranboy rayonu Səfikürd kəndi Qaş məhəlləsi uzun illərdir ki, susuzluqdan, xüsusən də suvarma suyu çatışmamazlığından əziyyət çəkir. Həyətyanı, pay və əkin torpaqlarımızı suvarmağa su tapa bilmirik, məhlələrimizdə meyvə ağaclarımız quruyub, əkinlərimizdə taxılımız batıb. Ulu Öndərimizin bizlərə hədiyyə etdiyi pay torpaqlarımızı susuzluqdan becərə bilmirik.
Siz, hər il rayonumuza onlarla subartezian quyularının qazılması üçün Sərəncamlar imzalayırsız. Amma Sizin Sərəncamlarınız və dövlət vəsaiti hesabına qazılan həmin quyuları rayonumuzda İcra Başçısı və əlaltıları satır. Melorasiya və Su Təsərrüfatı ASC-dən gələn siyahını Başçı senzuradan keçirir və pul aldığı adamın adını təsdiqləyir, qalanlarını isə silir-təsdiqləmir.(hamıya açıqca məlumdur ki, hər quyunun qiyməti 12-15 min manatdır.)
Bildiririk ki, biz də 2 il əvvəl kollektiv müraciət etmişdik və Meliorasiya və Su Təsərrüfatı ASC-dən nümayəndələr gəlib yerində baxış keçirdilər və 1 ədəd subartezian quyusunun qazılması üçün yer müəyyən edildi, kordinatı vuruldu, qeydiyyata alındı. 2021-ci ilin sentyabr ayında həmin məsul yoldaşlar bizə zəng vuraraq bildirdilər ki, rayonunuza 5 quyu təyin olunub və o quyunun da biri sizin məhəllədə qazılacaq-adınız siyahıda rayon İcra Hakimiyyətinə və yerli idarəmizə göndərilib. Biz də rayon Suvarma Sistemləri idarəsindən maraqlandıq, dedilər ki, düzdü, adınız var və 2022-ci ilin yazında aprel-may aylarında qazılacaq.
Ancaq bu yaz keçdi və gəlib qazmadılar. ASC-nə zəng vurduq dedilər ki, biz sizin adınızı qeydiyyata salıb göndərmişdik və quyu qazılmalıydı, yəqin rayondan siliblər. Biz də rayon Suvarma Sistemləri idarəsinə zəng vurduq və bizə ordan məsul şəxs dedi ki, 2021-ci ilin payızında gələn 5 quyunun içərisində sizin də adınız vardı və Başçı sizin adınızı təsdiqləmədi, ona görə də sizə nəzərdə tutlmuş quyunu başqasına verdilər. Bu il üçün isə 31 quyu göndərilib və burada da rayon İcra Hakimiyyəti adınızı salmayıb. Hətta bununla bağlı, Meliorasiya və Su Təsərrüfatı ASC-dən (sədr müavini Z.Quliyevin imzası ilə) bizə göndərilən 05.08.2022-ci il tarixli rəsmi məktubda da qeyd edilir ki, “2021-ci ilinn sentyabr ayında Səfikürd sakini Hüseynov Nahid Fazil oğlunun yaşayış evinin yanında 1 ədəd subartezian quyusunun qazılması ASC tərəfindən təsdiq edilərək rayon İcra Hakimiyyətinə göndərilmiş, lakin Başçı təsdiq etməmiş və həmin quyunu siyahıdan çıxarmışdır. ( həmin məktubun surətini də əlavə edirik.)
Əziz Prezidentimiz.
Gördüyünüz kimi, Goranboyda İcra Başçısı Sizin biz vətəndaşlara verdiyiniz suyu-subartezian quyularını özü kimə istəyir satır-Yezidlik edir. Sizin Sərəncamınızdan sui istifadə edib pul qazanır, rüşvət yığır, korrupsiya ilə məşğul olur. Bu başçının marağı nədir ki, Sizin kasıblara, dinc əhaliyə hədiyyə etdiyiniz, dövlətin büdcəsi hesabına qazılan və adımıza qeyddiyyata salınan, qazılması planlaşdırılan subartezian quyusunu başqa yerə saldırır.??? -Təbii ki, burda bir maraq var—o da rüşvət. Və bir də kasıb, zəhmətkeş, dinc sakinləri Sizdən narazı salmaqdır..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-08_1660807696_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-08_1660807694_2.jpg
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT

Dünyapress TV

Xəbər lenti