Mehriban Əliyeva Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində olub
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində olublar.

Kilsənin baş keşişi Varfolomey Denis Sotnikov məbədin tarixi barədə məlumat verdi.

Qeyd edildi ki, Rus Pravoslav kilsəsi 1887-ci ildə inşa olunub. Məbəd həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına Bizans üslubunda kərpicdən tikilib.

Qırx dörd il ibadət evi kimi fəaliyyət göstərdikdən sonra 1931-ci ildə sovet hökuməti tərəfindən bağlanıb. 1935-1938-ci illərdə muzey binası olan məbəd bir müddətdən sonra kafedral anbar kimi istifadə edilib. Bina 1946-cı ildə Rus Pravoslav kilsəsinə qaytarılıb və yenidən qapılarını ibadət edənlərin üzünə açıb.

Qədim interyerindəki müxtəlif ikonalar günümüzə qədər gəlib çıxıb. Bunların arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonaları xüsusi qeyd etmək olar.

Kilsənin yaradılmasının 110 illiyi 1997-ci ildə qeyd olunub. Kilsə tikilməsinin 130 illiyi münasibətilə 2017-ci ildə təmir edilib.

Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən qədimlərindən olan bu tarixi abidədə bir sıra növbəti təmir işlərinin aparılmasına ehtiyac yarandığı bildirilib.

Qeyd edək ki, çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, o cümlədən dini ibadət yerlərinin və maddi-mədəniyyət abidələrinin bərpası, mühafizəsi Azərbaycan dövləti tərəfindən daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev dini icmalara, onların rəhbərlərinə ardıcıl olaraq maddi-mənəvi dəstək göstərməklə Azərbaycanın dövlət-din münasibətlərində nümunəvi təcrübəsini dünyaya nümayiş etdirir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən dinlərarası dialoqun və əməkdaşlığın gücləndirilməsi sahəsində çoxsaylı layihələr həyata keçirilir, ölkəmizdəki, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki məscid, kilsə və sinaqoqlar təmir, bərpa olunur.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-03_1741283858_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-03_1741283858_3.jpg
 
 
 

Bölmənin digər xəbərləri

26 Aprel 2025 Roma Papası Fransisk bu gün dəfn olunur
22 Aprel 2025 16 milyon dollar sərvəti var imiş - Kimə qalacaq?
22 Aprel 2025 Fransisk öldü, 900 illik kəhanət gündəmdə: - Sonuncu Papadır?
21 Aprel 2025 Papa öldü- Vatikanın yeni lideri onlardan biri olacaq
21 Aprel 2025 Papa Fransiskin həyatı- Təmizlikçi, mühafizəçi kimi işləyib...
18 Aprel 2025 İlham Əliyev Azərbaycanın xristian icmasını TƏBRİK ETDİ
14 Aprel 2025 ABŞ tarixində ən böyük əməliyyat başlayır – 1 milyon nəfər…
02 Aprel 2025 MİNARƏ ƏNƏNƏSİ PEYĞƏMBƏRDƏNMİ GƏLİR? - İSLAM TARİXİNƏ DAİR YANLIŞLAR – 2
02 Aprel 2025 Azərbaycanda 6 min ödəyib Həccə getmək istəyənlərin sayı niyə azalıb? - AÇIQLAMA
24 Mart 2025 Papa beş həftə sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı
20 Mart 2025 "Bu kitab qadağan olunmalıdır!" - Samirə “Quran" təhqir edib?- ALTERNATİV FİKİRƏ HÜCUM...
11 Mart 2025 Şeyx Şamilin müəllimi olan Azərbaycanlı din xadimi-qaçaq Əhməd Şeyxzadə
08 Mart 2025 Elşad Miri "Qəbir əzabı yoxdur" dedi - QMİ-dən reaksiya
03 Mart 2025 Quranda nələr yoxdur?
02 Mart 2025 Roma Papasının vəziyyəti açıqlandı
28 Fevral 2025 AZAL-ın təyyarə qəzasında sağ qalan bələdçilər Çeçenistanın ali mükafatına təqdim olunublar
26 Fevral 2025 Vatikan Roma Papasının son vəziyyətini açıqladı
21 Fevral 2025 Batin alimi yazır: Batini mənalarda sünni və şiə kimlərə deyilir?
20 Fevral 2025 "İslam bunu qəbul etmir" — İlahiyyatçı 700 minlik Qurandan DANIŞDI
11 Fevral 2025 Bakıda II İohann Pavel adına kilsə tikiləcək- Layihə-semta üçün 650 min ayrıldı

Dünyapress TV

Xəbər lenti