Zaur Mikayılov Qorxmaz Hüseynov yolu gedir - ölkənin hər yerindən kütləvi narazılıqlar eşidilir...
Dövlət Su Ehtiyatları Agentliyi ona görə təsis edildi ki, onun fəaliyyət dairəsi genişləndirilsin, respublikanı tam əhatə eləsin, tərkibinə də ayrı-ayrı strukturlar tabe etdirildi ki, bir mərkəzdən idarə olunsun, yüksək səviyyəli performans ortaya qoyulsun. Yəni məram xoş idi və qarşıya qoyulan tapşırıqlar da böyük idi. Söhbət ölkənin su təsərrüfatı sahəsində illərlə yığılıb qalan müxtəlif növ problemlərdən gedirdi. Çünki Qorxmaz Hüseynov dönəmində bu strukturda korrupsiya fontan vururdu. Zaur Mikayılovun sədr gətirilməsi ilə prezident ona etimad göstərdi ki, qoyulan öhdəliyi yerinə yetirsin. Amma su problemi ilə bağlı şikayətlər saysız-hesabsızdır. Elə bu günlərdə adi bir problemin belə həll olunmadığı üzə çıxdı. Hətta Xəzər TV sakinlərin narazılığını ictimailəşdirmişdi. Belə ki, Xaçmaz rayonunun Xudat şəhər camaatı
anbardan əhaliyə verilən su borularının vaxtında təmizlənmədiyini bildirmişdi. Digər tərəfdən, su fasilələrlə verildiyindən hər dəfə problemlər yaranır. Axı indi hansı zəmanədir ki, su fasilə ilə verilsin, yaxud təmizlənməsin?! Dünya İlon Maskın süni intellekt sahəsində inqilablarından bəhrələnir, amma ADSEA və onun sədrinin səriştəsizliyi Xudat əhlini adi bir sosial problemlə üz-üzə qoyub. Halbuki indi belə problemlər arxaik olmalıdır. Sakinlər iddia edirlər ki, Şollar suyunun əsas mənbəyi bu bölgədən keçsə də, şəhərin bir çox küçəsində yaşayan insanlar təmiz sudan istifadə edə bilmirlər. Xüsusən də Səttərxan, Babək, Şıxlinski, Axundov və digər küçələrdə içməli su təminatı ya yoxdur, ya da fasilələrlə verilir.
Həmçinin qeyd edirlər ki, suyu ya pulla alır, ya da uzaq məsafələrdən daşıyırlar. Bu, həm maddi çətinlik yaradır, həm də gündəlik həyatı çətinləşdirir. Dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem hələ də həll edilməyib. Bu fakt isə Zaur Mikayılovun rəhbərliyi altında ölkənin su probleminin hansı səviyyədə olduğunu gözlər önünə sərir. Eyni zamanda, etinasızlıq qeyd edilməlidir. Qurumun və onun şöbələrinin başı nələrə qarışıbsa, vətəndaşların içməli su problemini həll etmək yada düşmür. Əslində, onlarla belə faktlar var. Misal üçün Bakının Yeni Günəşli ərazisində "Sahil - S İnşaat" şirkətinin binasına hələ də sayğaclar quraşdırılmayıb. Sonuncu dəfə "Azərsu" əməkdaşları əraziyə gələrək su probleminin həll ediləcəyinə söz vermişdilər. Deyilmişdi ki, mənzillərə sayğaclar qoyulacaq. Amma o gedən gediblər, hələ bir xəbər yoxdur. 165 mənzil isə Zaur Mikayılova etdiyi müraciətin nəticəsini gözləməkdədir.
Bundan başqa, Masazır kəndini göstərmək olar. Bu günlərdə İctimai Televiziya sakinlərin şikayətini işıqlandırmışdı. Masazırda ay yarımdır ki, su gəlmədiyi deyilirdi. Gələn isə havadır. Abşeron su-kanal idarəsinə müraciət isə nəticəsiz qalıb. Yəni istər Bakı, istər regionlarda əhalinin su problemi ilə bağlı yüzlərlə belə şikayətlərə rast gəlmək mümkündür. Problem isə bu qədər müraciətlərin əvəzində qarşı tərəfin susmasıdır. Prezident isə Zaur Mikayılovu təyin edib ki, sələfi Qorxmaz Hüseynovdan fərqlənsin. Fərqlənə bilirmi? - Bunu söyləmək çətindir...
Anaxeber.info
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...
17 Aprel 2025 BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ – Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video
17 Aprel 2025 Burda təkcə TƏHSİL ZAY DEYİL... - NARAZILIQ VAR...
17 Aprel 2025 “DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” – Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi
17 Aprel 2025  “Azərlotereya”nın baş sponsor oyunbazlığı - Bəs nooldu “Misli” Premyer Liqanın baş sponsoru idi?
17 Aprel 2025 Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI
17 Aprel 2025 İş yeri satılan xadimədən direktora RÜŞVƏT İTTİHAMI - Əmrullayevin də xəbəri var...
17 Aprel 2025 Lökbatan qəsəbəsindəki "VİP LOMBARD" vətəndaşa fırıldaq gəlib - ŞOK FAKTLAR (VİDEO)

Dünyapress TV

Xəbər lenti