Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... -
Azərbaycan səhiyyəsinin can verdiyi və reanimasiya şəraitində olduğu onsuz da hamıya bəllidir. Amma bəzi tibb müəssisələri elə tərif edilir ki, məəttəl qalırsan, bəlkə yanıldığını düşünürsən. Elə ki içəriyə daxil oldun, səhv etmədiyini bir daha başa düşürsən: əmin olursan ki, bu ölkənin səhiyyə sistemi düzələn deyil. Əslində, təəccüblü də deyil. Kim bu respublikanın səhiyyə xidmətindən xeyir görüb? Bir ölkənin səhiyyə naziri, yaxud məmuru xaricdə müalicə alırsa, deməli, öz vətənində səhiyyə sisteminə güvənmir. Amma yenə də bəzi gözləntilər vardı ki, nəysə dəyişir, icbari tibbi sığorta işləyir, bazar qaydaları aradan qalxır. Xüsusən də yeni yaranan səhiyyə ocaqları haqda yaxşı piar gedirdi. Məsələn, Yeni Klinikanı qeyd etmək olar. Lakin adı Yeni Klinika olsa da, özü kliniki ölüm mərkəzinə oxşayır. Ya da Yeni Klinika Azərbaycanın Quantnamo həbsxanası adlana bilər. Əslində, əvvəldən bəlliydi ki, Yeni Klinikaya güvənmək olmaz. Axı pandemiya dövründə baş həkimi koronavirusa yoluxan xəstələrə rüşvətlə palata ayıran bir yerdən nə gözləmək olar? Bəli, rəhbəri həbs edildi, amma heç nə dəyişməyib. İndi daha böyük süründürməçilik müşahidə olunur. Sanki gestapo kampıdır. Məsələn, vətəndaş İlhamə Talıbova Ağcabədi rayonundan göndərişlə Yeni Klinikaya müraciət edib. Söhbət göndərişdən gedir. Di gəl, Yeni Klinika vətəndaşlara işgəncə verilməsini üstün tutur. Göndərişlə gələn İlhamə Talıbova əməliyyat olunmalıdır. Bura qədər hər şey normal görünür. Əvvəlcə, İlhamə Talıbovadan analizlərdən keçmək tələb olunur. O da analiz və müayinələri keçir. Ertəsi gün isə İlhamə Talıbovaya deyilir ki, indi də qandan infeksiyaya qarşı analiz verməlidir. Vətəndaşın səbr kasası daşır. Deyir ki, bunu elə bütün analizləri keçəndə demək mümkün idi. Həqiqətən də, axı niyə vaxtında bu analiz deyilmir və nəticədə əməliyyat gözləyən bir insan gün itirir?! Ən dəhşətlisi budur ki, Yeni Klinika qanda infeksiya ilə bağlı analiz götürmədiklərini bildirir və özəl klinikalardan birinə getməyi məsləhət görür. Burada da həm süründürməçilik, həm vaxt və maddi itki göz qabağındadır. Vətəndaş haqlı olaraq yerindəcə etiraz bildirir ki, Yeni Klinika kimi nəhəng tibb müəssisəsi qanda infeksiya analizi götürməyib özəl klinikaya yönəldirsə, deməyə söz qalmır. Doğurdan da absurd məqamdır. Ümumiyyətlə, Yeni Klinikanın nə günə düşdüyü araşdırılmalıdır. Ən azı klinikanın ölkə rəhbərliyinin dəstəyi ilə fəaliyyətə başladığı nəzərə alınmalıdır...
Əlqərəz, İlhamə Talıbova müayinələrlə, analizlərlə bağlı əsl süründürməçiliklə üzləşir. Vətəndaş isə razılaşır ki, yaxşı, qanda infeksiya olub-olmadığını özəl klinikaların birində analiz verərək dəqiqləşdirməyə hazırdır, bəs, əməliyyatın tarixi nə zamana təyin olunacaq?
Bax, bu yerdə Yeni Klinikadan İlhamə Talıbovaya ən absurd cavab verilir - məlum olur ki, onun 2-3 ay sonra əməliyyat olunacağı gözlənilir. Yəni dəqiq tarix də açıqlanmır və hər an şərait dəyişə bilər. Beləliklə, vətəndaş Ağcabədidən göndərişlə Yeni Klinikaya yönləndirilir, əməliyyat olunmalıdır, intəhası, başına min oyun açılır, qapı - qapı analiz otaqlarını, klinikaları gəzir. Bu da Yeni Klinikanın nə vəziyyətdə olduğunu gözlər önünə sərir. Sanki bu klinikanın yiyəsi yoxdur. Belə ki, vətəndaş süründürülür, sonra başqa ünvana yönləndirilir, sonda aydın olur ki, əməliyyat üçün hələ bir neçə ay gözləməlidir. Belə çıxır ki, xəstə aylarla əməliyyat olunacağını gözləməlidir. Bu da absurd qərar və idarəçilikdir.
İlhamə Talıbova deyir ki, Yeni Klinikada bu işgəncə dolu vəziyyətlə qarşılaşan yüzlərlə belə xəstə, növbəsini gözləyən insanlar var. Amma Yeni Klinika rəhbərliyini qətiyyən narahat etmir. Görünür, ya gönü qalındır, ya da əvvəlki həbslərdən nəticə çıxarılmayıb. Vətəndaşlara belə bir münasibət bəslənməsi rüsvayçılıqdır. Çünki bu klinika prezidentin açılışını etdiyi yerdir. Amma Yeni Klinika rəhbərliyi bazar havasından çıxa bilməyib. Bir yanda xəstələri belə süründürmək, bir yanda prezidentin diqqətində olan klinikanı bazara çevirmək gec-tez reaksiyalara səbəb olmalıdır.
Qeyd edək ki, hazırda direktor Barat Yusubovdur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutan Yeni Klinika tibb müəssisəsi 28 mart 2020-ci il tarixindən fəaliyyət göstərir. Amma belə fəaliyyət göstərir...
Anaxeber.info
 
 
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...
17 Aprel 2025 BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ – Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video
17 Aprel 2025 Burda təkcə TƏHSİL ZAY DEYİL... - NARAZILIQ VAR...
17 Aprel 2025 “DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” – Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi
17 Aprel 2025  “Azərlotereya”nın baş sponsor oyunbazlığı - Bəs nooldu “Misli” Premyer Liqanın baş sponsoru idi?
17 Aprel 2025 Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI

Dünyapress TV

Xəbər lenti