Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
Azərbaycan Texniki Unversitetinin rektoru Vilayət Vəliyev Elmi Şuranı “Milli Məclisə” çevirib, bütün qanunsuzluqlara guya “qanuni” don geyindirir

Bu sözlər Azərbaycan Texniki Unversitetinin rektoru Vilayət Vəliyevin fəaliyyəti ilə bağlı daxil olmuş müraciətdə yer alır. Biz bu və digər iddialarla bağlı qarşı tərəfi də dinləmək istədik. Yazı ilə tanış olmaq istədilər və biz də, istəklərini cavabsız qoymadıq. Tanış olduqları iddiaların heç birinə cavab vermədilər. Susdular… Belə görünür ki, səslənən iddialarla razılaşmalı oldular.

Aktuallğını nəzərə alıb, müəyyən ixtisar və düzəlişlərlə yazını dərc edirik:

Azərbaycan Texniki Unversitetinin rektoru Vilayət Vəliyevin Universitetdə Cuməli müəllimə etdiklərini (Mühəndis fizikası və elektronika kafedrası), öz yaxınlarına verdiyi yüksək maaşları (3000-5000manat), baldızını, qızını, oğlunu və neçə-neçə əqrabasını universitetə doldurmasını, tədris-köməkçi heyətini çölə tökərək narazılıq yaratmasını, müəllimləri boş-boşuna dərsləri olmayan vaxt Unversitetə yığmasını (guya hansısa müəllim tətil vaxtı icazəsiz xaricə gedib, heç onu deyən yoxdu ki, oğlu və dostları xaricdə oxumaq adı ilə Unversitetin pullarını göyə sovurur), Nəqliyyata və loqistika fakultəsinin tələbəsini dekan Allahverdi ilə birləşib intihar vəziyyətinə çatdırmasını, ziyalıları, alimləri yaxşı vəzifə adıyla işə dəvət edib, onlara qarşı dələduzluq, “moşenniklik” etməsini, 6-cı korpusun yükdaşıyan dvarlarını sökdürüb, fundamentini zəiflədib (Unversitetin alimləri ona yazılı müraciət ediblər ki, sabah zəlzələ olsa qəza baş verməsi an məsələsidir), guya yeniləmə adı ilə inşaat materialları ilə özünə villa tikdirməsini, Unversitetin Elmi Şurasını “Milli Məclisə” çevirib, bütün qanunsuzluqlara guya “qanuni” don geyindirməsini, İqtisadiyyat kafedrasında 200 magistrin pulla dissertasiya işi yazdırdığını, müharibə vaxt oğlunu anasının “qoltuğu” altında gizlətməsini, orduya bir qəpik kömək etməməsini görməməzlik etmək olar. Ancaq bir neçə texniki sahə universitetindən bir nəfərdə qovulmasa da, AzTU-dan 117 gənc tələbənin qovulmasını ona bağışlamaq olmaz. Bu Azərbaycan gəncliyinə qarşı soyqırımıdır. Hesab etsək ki, Unversitetə 1 ildə orta hesabla 1000-dən yuxarı tələbə daxil olur, onda onların 10%-ə qədərini qovublar. Qovulmuş tələbələrin bərpası vaxtı, başlarına nə oyunlar açdıqları isə başqa məsələdir. Hələ oxuyan tələbələri dərsə davamiyyətə görə süründərənlər, gör, qovulmuşları bərpada nələr gözləyir. Bir soruşan lazımdır ki, niyə Universitet kimi həssas bir yerdə bu qədər narazılıq yaradırsan?

Bir saat auditoriyada olmayan, təhsil bilikləri olmayan, Vilayət Vəliyevi, özünü iqtisadçı adlandırdığına görə çox vaxt onu “bazardan” gələn adam adlandırılar. Qalstukunu, bərbəzəkli kostyumunu buşlatla əvəz etsən, heç bazarda ona yükdaşıyan “araba” etibar etmək olmaz. Ancaq nə etmək olar, insanları əvvəl-axır etdiyi əməllər üzə çıxardır.

Heç bir narazılığa məhəl qoymur, yaxınları narazılıq edənlərə “eşitdirirlər” ki, onsuz heç nə edə bilməyəcəksiniz, ən uzağı məktub Unversitetə gələcək və komissiya yaradılacaq, komissiyada “bazarkomun” dediyindən kənara çıxmayacaq. Ən maraqlısı isə pul, xərac kimi vəsaitlər danışıq yolu ilə deyil “jest”lərlə izah olunur (birdən səsyazan olar). “Jest”ləridə başa düşməyənə AzTU-da iş yoxdur. Hər dəfə mətbuatda Vilayət Vəliyevin qanunsuzluqlarından yazılanda bir neçə gün özünə gəlir, amma sonra yenə necə deyərlər “qozbeli qəbir düzəldər” məsələsi öz yerini tutur. Bir məsələdə də, AzTU antirekord qırır. Unversitetdə kitabsız kitabxana mövcuddur. İşçilərini dağıtdılar, böyük bir elmi əsərləri olan kitabxanada indi 2-3 işçi saxlanıb (bəzilərini ixtisara, bəzilərini elə-belə yola saldılar), yəni bir “həsir”, birdə “məmmədnəsir” qalıb. İnsanları “manqurtlaşdırmaq” üçün onların yaddaşını təmizləmək lazımdır. Allah Çingiz Aytmatova rəhmət eləsin.

Bircə ümidimiz göydə Uca Allaha, yerdə Möhtərəm Prezidentə qalıb. Biz əminik ki, bu yazılanların çox yox 10%-i onlara gedib çatsa hər şey yaxşı olacaq.

yenixeber.org
 
 
 

Bölmənin digər xəbərləri

30 Yanvar 2025 Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
29 Yanvar 2025 Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...
29 Yanvar 2025 “Medilife” klinikası 37 yaşlı kişini necə öldürüb? - Xanımı danışdı
29 Yanvar 2025 Biləsuvar Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
29 Yanvar 2025 Xəstə yaxını UYARDI: Özünüzü bu həkimdən QORUYUN! - İTTİHAM VAR! /YENİLƏNİB
29 Yanvar 2025 Mürsəl İbrahimov yəqin ki bunları bilmir... - İLGİNC İDDİALAR
29 Yanvar 2025 Gəncənin yolları NİYƏ `BURMA-BURMADIR`? - ARAŞDIRMA
28 Yanvar 2025 48 saylı notariat ofisinin Xüsusi notariusu Bakı şəhərinin müxtəlif ünvanlarında sənədləri necə təsdiqləyir? – Səadət Hüseynovun “məsuliyyətə cəlb olunma müddəti ötmüş” cinayət əməlləri
28 Yanvar 2025 Nazirliyin əməkdaşlarına telefon çırpan xanım həkimdən ŞOK şikayətlər və “yuxarılara çatan göstəriş” - FOTOFAKT
28 Yanvar 2025 Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
28 Yanvar 2025 Ölüm poliqonuna çevrilən “Mərcan” klinikası... KİMİNDİR?
27 Yanvar 2025 Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
27 Yanvar 2025 SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
26 Yanvar 2025 BU NƏDİ BELƏ: Beynəlxalq Bankın blokladığı kartdan PUL OĞURLANIB... - DƏLİXANADIR, VALLAH...
25 Yanvar 2025 “Azərenerji” ASC-nin Korporativ Etika Qaydaları ilə Üzeyir Yusifovun əməlləri nə dərəcədə üst-üstə düşür
24 Yanvar 2025 “Qaradağ rayonu İcra Hakimiyyətinin əlindən cana yığılmışıq, yollarımız bərbaddır”-FOTO+VİDEO
24 Yanvar 2025 QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
24 Yanvar 2025 BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
24 Yanvar 2025 Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
24 Yanvar 2025 Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI

Dünyapress TV

Xəbər lenti