Nə evini, nə də ödədiyi pulunu geri ala bilmir... - NARAZILIQ VAR...
Abşeronda 1-ci qrup olan şəxsin 30 min manatı dələduzluq yolu ilə mənimsənilib.

Bu barədə Den.az-a müsahibəsində əlil şəxsin həyat yoldaşı Samirə Abbasova bildirib.

Belə ki, vətəndaş fərdi ev sahibi olmaq üçün bu işi görən rieltorla müqavilə bağlasa da, aylardır öz mənzilinə köçə bilmir. Buna səbəb isə tikintini həyata keçirən şəxslərin verdiyi vədə xilaf çıxmasıdır.

Abşeron rayon Masazır qəsəbəsində aldadıldığını iddia edən Samirə Abbasova deyir ki, fərdi qaydada müqavilə bağlayaraq 30 min manat pul ödəyib. Əvəzində isə ona Masazır qəsəbəsində tam təmirli 3 otaqlı fərdi evin tikilərək təhvil veriləcəyi bildirilib. Verilən vaxt ayın 10-da bitsə də, evin tikintisi tam başa çatdırılmayıb.

Şikayətçi iddia edir ki, Bəxtiyar Əsədov və onun həyat yoldaşı Susanə Əsədova bir neçə şəxsdən pul alaraq ev tikəcəyini vəd edib. Beləcə digər insanları da aldadaraq pulunu mənimsəyib. Bu azmış kimi, məlum olub ki, tikilən fərdi yaşayış evinin torpaq sahəsi də Samirə Abbasovanın adına rəsmiləşdirilməyib. İndi torpağı Bəxtiyar Əsədova satan şəxs pulunun tam ödənilmədiyini iddia edərək evin tikintisinə imkan vermir. Beləcə vətəndaş nə evini, nə də ödədiyi pulu geri ala bilir.

Vətəndaşı aldatdığı iddia edilən Bəxtiyar Əsədovla telefon əlaqəsi yaratmaq cəhdlərimiz boşa çıxdığından, elə şikayətçi ilə birlikdə onun yaşadığı ünvana üz tutduq. Bizi binanın blokunda qarşılayan Bəxtiyar Əsədov iddiaların qismən doğru olduğunu etiraf etdi və maliyyə çatışmazlığı səbəbindən fərdi yaşayış sahəsinin tikilib vaxtında təhvil verilmədiyini bildirdi. Ancaq yaxın vaxtlarda problemi həll edəcəyinə söz verdi.

Vətəndaş Samirə Abbasova verilən müddətdə mənzilinin ona təhvil verilməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyini vurğulayıb.

 
 
 

Bölmənin digər xəbərləri

07 Yanvar 2025 Nəsimi icra başçısı olmasada….- Bu baxçanın həyətində kafeni kim tikdi?
07 Yanvar 2025 Yardımlının “mer”i dövlət büdcəsini şəxsi hesabı bilir –TƏFƏRRÜAT
07 Yanvar 2025 Qəbələ Rsyon Mərkəzi Xəstəxanasında şəhid anasına edilən hörmətsizlik - İTTİHAM
07 Yanvar 2025 Əmlak Məsələləri Dövlət Xidmətinin “Akif Çovdarovu”ndan Xankəndidə yeni il şousu... - 30 minlik viski, nadir ov əti və 300 minlik hədiyyə...
07 Yanvar 2025 Bakıda 165 ailəni aldadan dələduz azadlıqda! Hakim Elnur Nuriyevlə fırıldaqçı Pənah Kərimovu nə bağlayır? - Baş Prokurora müraciət
07 Yanvar 2025 TAİS İKF" MMC-nin "Bakı Metropoliteni” QSC-də gördüyü milyonluq işlər araşdırılır? - VİDEO
06 Yanvar 2025 Əskərlikdə yaralanmış və bir sıra orqanlarından məhrum olmuş əskərə əlillik təyin etmirlər - SƏNƏDLƏR
06 Yanvar 2025 Ağ Göl Milli Parkda olan balıqları kim satır?
05 Yanvar 2025 14 saylı poliklinikada tibbi arayış zülmü - NARAZILIQ VAR...
05 Yanvar 2025 Kommunal işçiləri onu bələdiyyə seçməyə məcbur edilir – İDDİA
04 Yanvar 2025 Abşeronda qanusuz evləri tikən “MAKLER”lər icra başçısı Abdin Fərzəliyevlə necə anlaşıb?
04 Yanvar 2025 “Hollivud” restoranında Yeni il şənliyində dava- “Şərurlu İsfəndiyar”ın oğlu…..
04 Yanvar 2025 Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına tabe olmayan təşkilatın müəllimlərin fəaliyyətinə xitam vermək hüququ varmı?
03 Yanvar 2025 Səhiyyə sisteminin SÜNİ MAYASI... - ETİRAZ VAR...
02 Yanvar 2025 Taleh Qaraşov Lənkəranda park yerini satıb, obyekt tikilib - ÖZBAŞINA QALIBLAR...
02 Yanvar 2025 "Şəhidliyi batırdılar, heç olmasa əlillik haqqım bərpa olunsun” - ETİRAZ
02 Yanvar 2025 Nərimanov Tibb Mərkəzinin direktoru ətrafında 400 minlik qalmaqal - Borcunun əvəzinə vəzifə verdi
31 Dekabr 2024 Xəzər icra başçısının müavini külli miqdarda qızılla tutuldu - Bakı aeroportunda əməliyyat
31 Dekabr 2024 Hakim Elnur Nuruyev dələduzluğa görə tutulan Pənah Kərimovu həbsdən azad edib - Prezidentə və İnam Kərimova ŞOK müraciət...
30 Dekabr 2024 Xanım sahibkar xaricə 50 milyon dollarlıq ixrac edib - SİYAHI

Dünyapress TV

Xəbər lenti