İCARƏYƏ VERDİYİ OBYEKTİ SAXTA SƏNƏDLƏ ƏLƏ KEÇİRİLDİ -
Cəbrayıl rayon sakini Həşimov Habil Fehruz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Cəbrayıl rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sənan Mehralıyev ona məxsus olan obyekti ələ keçirib:

“Bildirim ki, 2014-cü ildə Cəbrayıl rayonunda olan məcburi köçkünlər üçün Biləsuvar rayon ərazisində salınmış Cəbrayıl qəsəbəsində xırda ticarətlə məşğul oluram. 2014-cü ildə Cavanşir adlı şəxsə aid olan 13 otaqlı ticarət obyektini 20 min manata satın almışam. Bununla bağlı Cəbrayıl rayon İcra Hakimiyyətindən ilkin rəsmi sənədləri də almışam. Həmin vaxtdan otağın birini 80 manat müqabilində Cəbrayıl rayon Gigiyena və Epidemiologiya Mərkəzinin hazırkı direktoru Sənan Mehralıyevə icarəyə vermişəm. Bunu Sənan Mehrəliyevin özü də prokurorluğa verdiyi ərizədə təsdiq edib.

Sənan Mehrəliyevin bir müddət sonra Cəbrayıl rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru təyin edildi. Cəbrayıl rayon İcra Hakimiyyətinin 1-ci müavini Tapdıq Nəsirovla yaxın dost münasibəti olduğundan, bundan sui-istifadə edərək 2023-cü ildə saxta sənəd alıb, obyektimi qardaşı Mehralıyev Elxan Alış oğlunun adına rəsmiləşdirmişdir. İndi nə obyektin pulunu, nə də aylıq hər otağa düşən 80 manat icarə pulunu vermir.

Qeyd edim ki, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sənan Mehralıyev barəsində 2021-ci ildə Cəbrayıl Rayon Prokurorluğunda CM-nin 311.2 maddəsi ilə (rüşvət alma) cinayət işi açılıb. Hazırda iş Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin icratındadır. Belə bir məmur indi də mənə məxsus obyekti mənimsəməklə məşğuldur”.

Məsələ ilə bağlı yazıda adıçəkilən şəxslərlə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-12_1734543745_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-12_1734543745_3.jpg
 

Bölmənin digər xəbərləri

21 Dekabr 2024 İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR..
21 Dekabr 2024 Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
21 Dekabr 2024 Rövşən Rüstəmov ABŞ-dan 3 günə bahalı avtomobillər gətizdirib? — ADY-dən AÇIQLAMA
21 Dekabr 2024 Binəqədidə SƏFƏRBƏRLİK OYUNBAZLIQLARI... - İTTİHAM VAR...
20 Dekabr 2024 Ərdoğan, Pezeşkian və Misir prezidenti arasında görüş olub
20 Dekabr 2024 Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20 Dekabr 2024 Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20 Dekabr 2024 İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir - İLGİNC FAKTLAR...
20 Dekabr 2024 “MTK kralı“ çətin durumda - Asiman Hüseynov qardaşını xilas edə biləcəkmi?
20 Dekabr 2024 Abşeronun başçısı QƏZA yaratdı, dövlət qurumları TƏCİLİ Xırdalana ÇAĞIRILDI – Fotolar
19 Dekabr 2024 Şəhidin ailəsinə qarşı icra başçısından hörmətsizlik olunub? -VİDEO
19 Dekabr 2024 Nərimanov rayonunda daha bir tikinti özbaşnalığı - "Gold Məkan" sakinlərin evini başına uçurur - VİDEO
19 Dekabr 2024 İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... - Seçkilərdə BAŞÇI BARMAĞI...
19 Dekabr 2024 XİN-nin sabiq müavini də həbsin bir addımlığında - NADİR HÜSEYNOVUN YÜZ MİLYONLARLA ÖLÇÜLƏN ƏMLAKI
19 Dekabr 2024 Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
19 Dekabr 2024 Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
19 Dekabr 2024  Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
19 Dekabr 2024 Xəstəxana direktorunun qanunsuz əməllərindən prokurora şikayət edildi
18 Dekabr 2024 AĞCABƏDİDƏ "AĞ QIZIL" SABOTAJI- VİDEO
18 Dekabr 2024 «Gold Residence» sakinləri təhlükə ilə ÜZ-ÜZƏ QOYUB... - NARAZILIQ VAR...

Dünyapress TV

Xəbər lenti