Həbs edilən Qafar Dəmirçiyə vaxtıilə havadarlıq edən Firdovsi Əliyevi nələr gözləmir…
Ötən həftə “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçinin həbs edilməsi ölkə mətbuatının gündəmini zəbt etdi. Yayılan məlumatlarda “Monte Ferro” şirkətinin vitse-prezidenti Qafar Dəmirçinin ağacları kəsərək təbiətə külli miqdarda ziyan vurmaqda ittiham edildiyi bildirilirdi.

Həmçinin qeyd olunurdu ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi müəyyən edib ki, “plazalar kralı” kimi tanınan oğul Dəmirçinin rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin meşəlik ərazilərində ağacları qanunsuz kəsib. Az qala, böyük bir meşə sahəsinin məhv edilməsi nəticəsində isə təbiətə nə az-nə çox – təxminən 8 milyon manatdan çox ziyan dəyib.

Qafar Dəmirçi ilə birgə şirkətin bir neçə əməkdaşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə Q.Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. “Plazalar kralı” işçiləri ilə məhkəmə zalından birbaşa istintaq təcridxanasına göndərilib.

Məlumat üçün deyək ki, bu yaxınlarda Dəmirçilərin meşələrə qənim kəsildiyi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Həmin xəbərlərdə deyilir ki, Dəmirçilər Şəkidə 800 hektara yaxın ərazidə ağacları kürətdirib. İddia olunur ki, 2021-ci ildə sözügedən şəxslərə məxsus “Monte Ferro” şirkəti Şəkidə geniş bir ərazini zəbt edərək özəlləşdirib.

Aktualinfo.org-a Qafar Dəmirçinin həbsinə səbəb olan meşələrin kəsilməsi ilə bağlı yeni məlumatlar daxil olub. Burada diqqət Qafar Dəmirçinin həbsinə deyil, onun Şəkidə 800 hektara yaxın ərazidə meşə fonduna aid torpaqları necə özəlləşdirilməsinə yönəldilib.

Məlumatlı mənbənin sözlərinə görə Dəmirçilər ailəsi Şəkidə və ətraf rayonlarda meşə fonduna aid torpq sahələrini uzun müddət Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini olmuş Firdovsi Əliyevin vasitəçiliyi ilə özəlləşdiriblər. Qeyd edək ki, burada məhv edilən ərazilər göstərilənlərdən qat-qat çox, dövlətə vurulan maddi ziyan isə dəfələrlər yuxarıdır. Bunun başında isə Firdovsi Əliyevin dayandığı bildirilir. Maraqlıdır, bu cinayət işində Firdovsi Əliyevi nələr gözləyir.

Qeyd edək ki, Firdovsi Əliyev 2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib. O, 2004-2023-cü ilə kimi ekologiya və təbii sərvətlər nazirinin müavini olub. 2023-cü ilin mart – oktyabr aylarında ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsində işləyb. Prezident İlham Əliyevin 25 oktyabr tarixli sərəncamı ilə Firdovsi Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, Şəkidə meşələrin məhv edilməsi daha əvvəllərə gedib çıxır. Hələ 2019-cu ildə Şəkinin Bideyiz kəndinin camaatı mal-heyvanlarını otarmaq üçün nəzərdə tutulmuş 147 hektar örüş ərazisinin şirkət tərəfindən tutulması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət ediblər. Həmin vaxt şikayətçi kənd camaatının çoxu polisə çağırılıb. Hətta ərazini kənddə patrul nəfərləri qoruyurmuş.

Bəs 2019-cu ildən başlanan etirazların nəticəsi niyə özünü beş il sonra ortaya çıxardı. Məlumatlı mənbənin sözlərinə görə Dəmirçilər ailəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyində məhz Firdovsi Əliyev havadarlıq edirmiş. Hətta icarə müqaviləsinin birinci səhifəsinin üst tərəfində nazirliyin gerbi olan möhürü vurmaqla Firdovsi Əliyev özü təsdiq etmişdir.

Göründüyü kimi beş-altı ildən də çox müddətdə “Monte Ferro” şirkətinin Şəkidə, Qaxda, Zaqatalada minlərlə hekter meşə fonduna aid torpaqların talan edilməsinə ekologiya və təbii sərvətlər nazirinin müavini olmuş, meşələrin qorunmasına birbaşa cavabdeh olan Firdovsi Əliyev şərait yaratmışdır. Məlumata görə Firdovsi Əliyevlə birgə Meşələrin İnkişafı Xidmətinin sabiq rəisi meşəçilik təcrübəsinə malik olmayan Namiq Xıdırov da icarəyə verilən meşə fondu torpaqlarından tam qanunsuz formada təyinatdan kənar istifdə edənlərə qarşı heç bir qanuni tədbir görməmiş, əksinə öz maddi maraqlarının təmin olunması müqabilində onlara şərait yaratmışlar.

Ona görə də 2023-cü Fidövsi Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyində vəzifəsindən azad edildikdən sonra Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin müdir işləmiş Vətən Müharibəsi qazisi olan Əkrəm Babayevin göstərişi ilə “Monte Ferro”MMC-ilə 2019-cu ildə bağlanan müqaviləyə xitam verilməsi üçün yerli məhkəməyə müraciət edilmişdir. Odur ki, ETSN səviyyəsində müdafiəsiz qalmış “Monte Ferro” MMC rəhbərliyi yenə dirəniş göstərərək məhkəmənin işini qeyri-müəyyən vaxtadək təxirə salmağa nail olmuşdur. Amma bu da çox uzun çəkməmişdir.

Məlumatlı mənbənin sözlərinə görə Şəkidə və ətraf rayonlarda meşə fonduna aid torpq sahələrini özəlləşdirməyə Dəmirçilər ailəsi külli miqdarda xərc çəkmişlər. Həmin vəsaitlərin bir ucu isə Fidövsi Əliyevin doğulduğu, Lerik rayonunun Monidigah kəndinə çəkilən yola qədər gedib çıxır.

Mövzu ətrafında daha maraqlı məlumatları yaxın günlərdə diqqətinizə çatdıracıq.
Aktualinfo.org
Məqalədə irəli sürülən iddialarla bağlı bütün maraqlı tərəflərin fikirlərini dərc etməyə hazırıq!
TEREF

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...
17 Aprel 2025 BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ – Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video
17 Aprel 2025 Burda təkcə TƏHSİL ZAY DEYİL... - NARAZILIQ VAR...
17 Aprel 2025 “DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” – Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi
17 Aprel 2025  “Azərlotereya”nın baş sponsor oyunbazlığı - Bəs nooldu “Misli” Premyer Liqanın baş sponsoru idi?
17 Aprel 2025 Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI

Dünyapress TV

Xəbər lenti