Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
Sumqayıtın səhiyyəsi son bir ildə məhv olub. Bəli, tam olaraq bir ildə. Cəlilabad Rayon Xəstəxanasından Sumqayıt Tibb Mərkəzinə qəfil transfer edilən Elnur Azadxanov vəzifəsinin icrasına başladığı ilk gündən bu günə qədər şəhərin tibbi xidmətini reanimasiyalıq edib. Azadxanov təyin ediləndən insanlar nə normal tibbi xidmət görür, nə də müalicə. Sumqayıt şəhərinin demək olar ki, bütün dövlət tibb müəssisələri acınacaqlı gündədir. Hətta sakinlər icbari tibbi sığortadan da istifadə edə bilmir. Bu prosesin bir neçəsinin özüm şahidi olmuşam. İndi onları bir-bir sadalayacağam. Əgər ehtiyac olarsa, faktları, sənədləri də təqdim edəcəyəm.

Deməli belə. Təxminən 6 ay öncə bir tanış gənc oğlan həyətində iş görərkən ehtiyatsızlıqdan hündürlükdən yıxıldı, ayağı bud hissədən sındı. Təcili yardım tapa bilmədiyimiz üçün xəstəni şəxsi avtomobilimizlə Sumqayıt Tibb Mərkəzinin tabeliyində, lap 5 metrliyində olan Təcili Tibbi Yardım Xəstəxanasına çatdırdıq. Xəstə müayinə, rentgen olunandan sonra ona təcili əməliyyat yazıldı. Xəstəxanaya daxil olanda dedilər ki, narahat olmayın, bütün əməliyyat, müayinə və müalicələr icbari tibbi sığorta hesabına həyata keçiriləcək. Sevindik, düşündük ki, ölkənin səhiyyə sistemi inkişaf edir, insanlara yüksək xidmət göstərilir. Amma...

Sevincimiz cəmi yarım saat çəkdi. Yarım saatdan sonra xəstəni əməliyyata götürəcək cərrah bizi çağırıb “niyə gəlmirsiniz” dedi. Anlamadıq. Düşündük ki, xəstə yaxınları niyə əməliyyata girməlidir? Yaxınlaşanda, cərrah bizi otağına aparıb “Mendeleyev cədvəli”nə oxşayan bir vərəqi qarşımıza qoyub dedi: “1600 manat, razısınız?”

Cərrahdan soruşdum ki, axı bütün xərcləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ödəyir, niyə biz əlavə pul ödəməliyik?

Cənabi cərrah əsəbiləşib özündən çıxdı. Əvvəlcə bir az İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin arxasınca danışandan sonra son sözü bu oldu: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yalnız əməliyyat xərclərini ödəyir, 3 min manat. Bu 3 min manata həkimin maaşı, əməliyyatda iştirak edən tibb işçilərinin və xəstənin əməliyyat sarğılarının xərcləri daxildir. Qalan xərcləri siz ödəməlisiniz”.

Özümü saxlaya bilməyib cərrahdan soruşdum ki, başqa nə xərclər qaldı? Xəstəyə pomidor-xiyar almalıyıq? Əgər bütün xərcləri icbari sığorta ödəyirsə. Cərrah nə desə yaxşıdır? Qayıdasan ki, bəs xəstənin ayağına paslanmayan materialdan mil, diyircək, gips və sair avadanlıqlar yerləşdirilməlidir ki, həmin xərcləri xəstə yaxınları ödəməlidir.

Məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzinə müraciət edəndə bildirdilər ki, bütün xərcləri icbari tibbi sığorta qarşılayır.

Xahiş etdim ki, həmin cərrahla əlaqə saxlasınlar. Mərkəzdən cərrahla əlaqə saxladılar. Təxminən yarım saatdan sonra cərrah bizi yenidən çağırıb dedi ki, həmin avadanlıqları İcbari Tibbi Sığorta üzrə Dövlət Agnetliyi ödəyir, amma bundan ötrü tender elan olunmalıdır, həmin avadanlıqlar alınmalıdır, sonra biz əməliyyat etməliyik.

Yenidən Sumqayıt Tibb Mərkəzinə müraciət edəndə, qurumdan dedilər ki, cərrah düz deyir.

Biabırçılığa baxın. Deməli, xəstə bilməlidir ki, 10 gündən sonra yıxılacaq, 10 gün əvvəldən xəstəxanaya məlumat verməli, xəstəxana da Sumqayıt Tibb Mərkəzinə müraciət etməlidir. Sumqayıt Tibb Mərkəzi tender elan eləməlidir ki, 10 gün sonra filankəs yıxılacaq, ayağı sınacaq, ona lazım olan avadanlıqlarla bağlı şirkət müəyyənləşsin. Həmin şirkət müəyyən ediləcək, tenderin qalibi elan olunacaq, avadanlıqları alacaq, xəstəxanaya gətirəcək, təhvil verəcək, ondan sonra cərrah həmin xəstəyə zəng vuracaq ki, avadanlıqlar gəldi, yıxıl. Əgər xəstə Sumqayıt səhiyyəsinə məlumat verməmiş yıxılıbsa, günah özündədir, canı çıxsın, yıxılmasın.

Bu, cənab Azadxanovun taktikasıdır. Azadxanov Sumqayıt Tibb Mərkəzinə rəhbər təyin olunandan sonra özünəməxsus taktika ilə idarə edir qurumu. Şərhə isə ehtiyac yoxdur.

TƏBİB-in yeni transfer etdiyi Elnur Azadxanovun tabeliyindəki Sumqayıt Tibb Mərkəzi ilə bağlı silsilə bıabırçılıqları növbəti sayımızda oxuya bilərsiniz.

TNS.az

Bölmənin digər xəbərləri

18 Dekabr 2024 Rusiyalı generalı biz öldürməmişik - Podolyak
18 Dekabr 2024 “Mənim adımdan tabelə saxta qol çəkərək, mənə yazılan məvaciblər mənimsənilib” - NARAZILIQ VAR...
17 Dekabr 2024 “ELİT-S” MMC 119 milyon manatlıq tenderdən hansı üstünlüklərinə görə qalib çıxıb – Çox maraqlıdır
17 Dekabr 2024 Miqrasiya Xidmətində ŞOK HƏBSLƏR: Həsənovlara da sıra çatdı... - Kərəm Həsənov müdaxilə edirsə...
17 Dekabr 2024 Abşeronun təhsil şefi məktəblərdə anarxiya yaradıb - müəllimə ifşa etdi - "ölü can"lar
17 Dekabr 2024 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderi… İDDİA-FOTO/SƏNƏDLƏR
17 Dekabr 2024 Gənclər və İdman Nazirliyindən bir gündə iki tender udan “RTZ” MMC-nin əsl sahibi əslində kimdir? - İLGİNC FAKTLAR...
17 Dekabr 2024 “RRM TƏMİR-TİKİNTİ” nazirliyin tenderlərini cüt-cüt udur - BU NƏDİ BELƏ?..
17 Dekabr 2024 Şirvanda bələdiyyə seçkilərinin nəticələri indidən bəllidir... - İLGİNC İDDİALAR
16 Dekabr 2024 “SAR TRADE” MMC-nin arxasında duranlar harada oturur – TƏBİB-də, yoxsa…
16 Dekabr 2024 Suraxanı yenə də əvvəlki problemləri ilə üz-üzədir... - Adil Əliyev də bacarmadı...
16 Dekabr 2024 Samux Suvarma Sistemləri İdarəsinin ŞÜBHƏLİ TENDERLƏRİ... - "Çiçəyi burnunda" rəis və...
16 Dekabr 2024 Neftçala rayon İcra Hakimiyyətinin başçısı qazilərə verdiyi torpağı əllərindən belə alır - İDDİA
16 Dekabr 2024 Elşən Salahov özünü təriflətməkdənsə, problemləri həll etsin... - ETİRAZ
15 Dekabr 2024 Nizami İcra Hakimiyyəti parkları da qazanc yerinə çevirib – OTURACAQLARI SÖKÜB, “KARUSEL” QURAŞDIRIRLAR / FOTO, VİDEO
15 Dekabr 2024 Qaimaqalllarla diqqət mərkəzində olan Tarix institutunda daha bir qalmaqal - Qadın əməkdaş xəstəxanalıq oldu
15 Dekabr 2024 İş adamının oğlunun həbsinin şok detalları –
14 Dekabr 2024 “Bravo” vaxtı keçmiş məhsullar satır? – Alıcılar qiymətdə də aldadıldıqlarını iddia edirlər – VİDEO
14 Dekabr 2024 Lənkəranda icra başçısı dəyişikliyi... GÖZLƏNİLİR/ İDDİA
14 Dekabr 2024 Xəzər rayonu SAHİBSİZ QALIB... - BU DA FAKT!

Dünyapress TV

Xəbər lenti