Gənclər və İdman Nazirliyindən bir gündə iki tender udan “RTZ” MMC-nin əsl sahibi əslində kimdir? - İLGİNC FAKTLAR...
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Qaraçuxur idman zalının tikintisi üzrə tikinti-quraşdırma işlərinin (əlavə işlər-düzəliş) davam etdirilməsi məqsədilə işlərin satın alınması üzrə bir mənbədən satınalma metodu ilə keçirdiyi açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “RTZ” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 470.757,28 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının vahid internet portalında 06.12.2024-cü ildə dərc edilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliy 06.12.2024-cü ildə “RTZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Bülbülə idman zalının tikintisi üzrə işlərin (lll mərhələ) davam etdirilməsi məqsədilə işlərin satın alınması üzrə də 504.160,71 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 25.12.2018-ci ildə “RTZ” Məhdud Məsuliyyətli Cəmiyyətinə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, beton və dəmir-beton konstruksiyaların quraşdırılması, metal konstruksiyaların quraşdırılması və fasad işləri üzrə lisenziya verib.

Buna baxmayaraq Gənclər və İdman Nazirliyinin satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda. Göründüyü kimi Gənclər və İdman Nazirliyi xüsusi hüquqlara malik olmayan bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu əsaslı şübhələrə yol açır.

Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında RTZ” (VÖEN: 1400440411) Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.05.2001-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 40 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, BƏŞİR SƏFƏROĞLU, ev 191, m. 26-27, qanuni təmsilçisi kimi isə Ağayev Rahim Fazil oğlu qeyd olunub.

Reyestr məlumatlarına görə MMC 2006-cı ilə qədər TAM ORTAQLI RTZ FİRMASI kimi fəaliyyət göstərib. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Babayev Nəsrulla Natiq oğlu olub. Daha sonra Məmmədov Zabit İlyas oğlu 2018-ci ilə qədər, ondan sonra Ağayev Rahim Fazil oğlu MMC-nin qanuni təmsilçiləri olub.

Apardığımız ətraflı araşdırma zamanı məlum oldu ki, MMC-yə rəhbərlik etmiş şəxslərdən biri, Məmmədov Zabit İlyas oğlu hal hazırda “Silk Way Holding”ə məxsus olan “Silk Vey Vest Aviaşirkəti” MMC-nin (Silk Way West Airlines) Müşahidə Şurasının sədrinin 9 müşavirindən biridir. Sədrin idman üzrə müşaviri Hüseynov Fikrət Akif oğlu bu ilin sentyabr ayına qədər qədər Gənclər və İdman Nazirliyində futbol sektorunun müdiri və AZAL-a məxsus futbol klubunda rəhbər vəzifəsində çalışıb. MMC-nin Gənclər və İdman Nazirliynin iki tenderinin qalibi olması bununla əlaqəli olma ehtimalını artırır.

MMC-nin hazırki qanuni təmsilçisi Ağayev Rahim Fazil oğlu “Premier Audit və Konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur.

“RTZ” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi Babayev Nəsrulla Natiq oğlu kimdir? Elektron medianın 2016-cı ildə yaydığı məlumatda 38 yaşlı Nəsrulla Natiq Oğlu Babayevin Bakıda Salatın Əsgərova küçəsi, ev 156 ünvanında qeydiyyatda olduğu, 2006-cı ildə Kiprdə qurulan “Vanmec Limited” şirkətinin də təsisçi və direktorlarından biri olduğu bildirilir. Nəsrulla Babayevin atası Natiq Babayev məşhur neftçi-mühəndis Nəsrullah Babayevin oğludur. Anası Dilarə Məmmədəliyeva isə 2007-ci ildən 2 saylı Bakı Baza Tibb Kollecinin direktorudur. Qeyd edək ki, Dilarə Məmmədəliyeva 1990-1992-ci illərdə 2 saylı Bakı Baza Tibb Məktəbinin tədris-hissə müdiri, 1992-2006-cı illərdə tədris-tərbiyə işləri üzrə direktor müavini, 2006-2007-ci illərdə isə direktor əvəzi vəzifələrində çalışmışdır.

Apardığımız araşdılrma zamanı məlum oldu ki, Nəsrulla Babayevin təsisçisi olduğu “RTZ” Məhdud Məsuliyyətli Cəmiyyəti 28.12.2020-ci ildə Dilarə Məmmədəliyevanın direktoru olduğu 2 nömrəli Bakı Baza Tibb Kollecinin keçirdiyi 34.042,56 manat dəyərində kotirovka sorğusunun qalibi olub.

Göründüyü kimi “RTZ” Məhdud Məsuliyyətli Cəmiyyəti 2 nömrəli Bakı Baza Tibb Kollecdə kotirovka sorğusunu təsadüfən udmayıb. Elə Gənclər və İdman Nazirliyndən bir gündən 1 milyon manata yaxın dəyəri olan iki tenderin qalibi olması da təsadüfə oxşamır.

Aktualinfo.org
 

Bölmənin digər xəbərləri

18 Dekabr 2024 Rusiyalı generalı biz öldürməmişik - Podolyak
18 Dekabr 2024 “Mənim adımdan tabelə saxta qol çəkərək, mənə yazılan məvaciblər mənimsənilib” - NARAZILIQ VAR...
18 Dekabr 2024 Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
17 Dekabr 2024 “ELİT-S” MMC 119 milyon manatlıq tenderdən hansı üstünlüklərinə görə qalib çıxıb – Çox maraqlıdır
17 Dekabr 2024 Miqrasiya Xidmətində ŞOK HƏBSLƏR: Həsənovlara da sıra çatdı... - Kərəm Həsənov müdaxilə edirsə...
17 Dekabr 2024 Abşeronun təhsil şefi məktəblərdə anarxiya yaradıb - müəllimə ifşa etdi - "ölü can"lar
17 Dekabr 2024 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderi… İDDİA-FOTO/SƏNƏDLƏR
17 Dekabr 2024 “RRM TƏMİR-TİKİNTİ” nazirliyin tenderlərini cüt-cüt udur - BU NƏDİ BELƏ?..
17 Dekabr 2024 Şirvanda bələdiyyə seçkilərinin nəticələri indidən bəllidir... - İLGİNC İDDİALAR
16 Dekabr 2024 “SAR TRADE” MMC-nin arxasında duranlar harada oturur – TƏBİB-də, yoxsa…
16 Dekabr 2024 Suraxanı yenə də əvvəlki problemləri ilə üz-üzədir... - Adil Əliyev də bacarmadı...
16 Dekabr 2024 Samux Suvarma Sistemləri İdarəsinin ŞÜBHƏLİ TENDERLƏRİ... - "Çiçəyi burnunda" rəis və...
16 Dekabr 2024 Neftçala rayon İcra Hakimiyyətinin başçısı qazilərə verdiyi torpağı əllərindən belə alır - İDDİA
16 Dekabr 2024 Elşən Salahov özünü təriflətməkdənsə, problemləri həll etsin... - ETİRAZ
15 Dekabr 2024 Nizami İcra Hakimiyyəti parkları da qazanc yerinə çevirib – OTURACAQLARI SÖKÜB, “KARUSEL” QURAŞDIRIRLAR / FOTO, VİDEO
15 Dekabr 2024 Qaimaqalllarla diqqət mərkəzində olan Tarix institutunda daha bir qalmaqal - Qadın əməkdaş xəstəxanalıq oldu
15 Dekabr 2024 İş adamının oğlunun həbsinin şok detalları –
14 Dekabr 2024 “Bravo” vaxtı keçmiş məhsullar satır? – Alıcılar qiymətdə də aldadıldıqlarını iddia edirlər – VİDEO
14 Dekabr 2024 Lənkəranda icra başçısı dəyişikliyi... GÖZLƏNİLİR/ İDDİA
14 Dekabr 2024 Xəzər rayonu SAHİBSİZ QALIB... - BU DA FAKT!

Dünyapress TV

Xəbər lenti